Ağdamda konsert verdiyi hərbçilərin hamısı şəhid oldu - VİDEO
Birinci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində əsgərlər üçün təşkil edilən konsert proqramlarında iştirak edən Adil İsgəndərov adına Xalq teatrının aktrisası Güldərən Azayeva "Baku TV"yə danışıb. Mediaxeberleri.Az xəbər verir ki, o, Ağdamda konsert verdiyi hərbçilərlə bağlı üzücü xatirəsindən bəhs edib: “Dəfələrlə sosial şəbəkələrdə elan vermişdim ki, oradakı hərbçilərdən sağ qalan varsa, onunla görüşmək istəyirəm. Bir dəfə Ağdamdan bir oğlan gəlib məni tapdı. Dedi ki, sən gördüyün hərbçilərdən sağ qalanı yoxdur”. G.Azayeva Füzulidən qayıdarkən yaşadığı təhlükəli anlardan da söz açıb: “Gecə pəncərəni açanda səslər eşitdim. Sürücüyə dedim ki, maşını saxla, yolu səhv gəlmişik. Ermənilər bir-birini çağırır, mahnı oxuyurdu. Hiss olunurdu ki, sərxoş vəziyyətdədirlər. Elmana dedim ki, işıqları söndürüb keçək. Görsən ki, ermənilər bizə tərəf gəlir, özümü atacağam, üstümdən maşınla keçərsən”. Daha ətraflı süjetdə: