Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
Türkiyənin Milli Müdafiə Nazirliyi Somaliyə 15 min hərbçi göndəriləcəyi ilə bağlı iddialara aydınlıq gətirib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. “Somalidə yerləşən Somali-Türk İşçi Qüvvəmiz və Hava Ünsür Komandanlığımız hərbi yardım, təlim və məsləhətləri ilə Somalinin terrorla mübarizə potensialının artırılmasına töhfə verməyə davam edir. Bu çərçivədə Somalinin tələbi əsasında Türkiyənin Somaliyə 15 min hərbçi göndərəcəyi ilə bağlı iddialar həqiqəti əks etdirmir”, - deyə nazirliyin yaydığı bəyanatda bildirilib.
Oxunub: 21
Xəbəri paylaş
Paylaş:





















