Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt Şəhər Məhkəməsinə gətirilib. Mediaxeberleri.Az "Unikal"a istinadən xəbər verir ki, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb. Yaxın dəqiqələrdə Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb. *** 13:25 Xəbər verdiyimiz kimi general-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva dələduzluqda şübhəli bilinərək saxlanılıb. Məlumata görə, general qızı təqsirləndirilən şəxs qismində cəlb olunub və Sumqayıt şəhər məhkəməsinə çıxarılır. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.





















