Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • Bəzi həkimlərə xüsusi rütbələr veriləcək
  • Deputat: “Bizə Türkiyə ilə əlaqələri azaltmaq göstərişi verilməyib”
  • Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib"
  • Fazil Mustafa Prezident İlham Əliyevin Türkiyəyə getməməsindən danışdı: “Ərdoğan da Şuşadakı tədbirə naziri göndərmişdi”
  • Moskva aeroportları ötən gecə belə olub - VİDEO
  • Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək – İşləri 20 manatlıq şirkət görəcək
  • Bu şirkətin vergi borcu yarım milyona yaxınlaşır
  • 50 MİLYARD MANATLIQ “ÖLÜ KAPİTAL”... - Sənədsiz evlərin bəxti açılacaqmı?
  • Arzuxan Əlizadə Ombudsman aparatından danışdı: "Müraciətlər get-gedə artır"
  • Azərbaycanda ombudsman vəzifəsinə namizədlər - ADLAR
  • Ölkə ərazisində faktiki hava açıqlanıb
  • Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
  • Misli Premyer Liqası: "Turan Tovuz" "Sabah"la qarşılaşır
  • Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video
  • "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video
  • Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
  • Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Video
  • Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə: Keçmiş həyat yoldaşı nə tələb edir?
  • Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video
  • Altı rayonun bir sıra ərazilərində qaz kəsiləcək
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

50 MİLYARD MANATLIQ “ÖLÜ KAPİTAL”... - Sənədsiz evlərin bəxti açılacaqmı?

  • Tarix: Bu gün, 10:33

Azərbaycanda son 10 il ərzində 100 mindən çox fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması mümkün olub. Bu, Əmlak Məsələləri Dövlət Xidməti rəisinin bu yaxınlarda səsləndirdiyi rəsmi rəqəmdir.

Bəli, 10 ildə cəmi 100 min. Ancaq məlum olduğu kimi, Azərbaycanda 500 mindən artıq sənədsiz ev, mülk var. Bəzi mütəxəssilər bu sayın 800 minə yaxın olduğunu iddia edirlər. Lakin hətta ən minimum rəqəmi – 500 mini götürsək belə, cəmi 10 milyon əhalisi olan bir ölkə üçün bu, olduqca böyük rəqəmdir.

Digər yandan, son 10 ildə cəmi 100 min evin, yəni, ildə 10 min evin sənədləşdirildiyini nəzərə alsaq və bu iş eyni templə davam etsə, 500 min evin sənədləşdirilməsinə daha 50 il (!) vaxt lazım olacaq. Bəs bu gedişat əhalini və dövləti qane edə bilərmi?

Ötən gün Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb. Fərmanla müəyyən edilib ki, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin (DERKİS) sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, operatoru funksiyalarını isə həmin Xidmətin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs həyata keçirir. Bu fərman birbaşa sənədsiz evlərlə bağlı olmasa da, sözügedən mövzunu bir daha gündəmə gətirməyə əsas verir…

Məsələ ondadır ki, Azərbaycan Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı var. Bu Fərman əvvəllər qeydiyyata alınması mümkün olmayan bir sıra fərdi yaşayış evləri və həyətyanı torpaq sahələrinin rəsmiləşdirilməsi üçün hüquqi imkan yaradır.  Məhz həmin vacib Fərmandan sonra sənədsiz evlər probleminin həlli prosesi başladı və 100 min ev sənədləşdirildi. Bu, olduqca müsbət haldır. Lakin bu prosesin sürətlənməsi zərurəti var və bu zərurət həm hüquqi, həm sosial, həm də iqtisadi tələblərlə şərtlənir.



Evlərinin sənədsiz olması bu kateqoriyaya aid vətəndaşların faktiki olaraq mülkiyyət hüququnu məhdudlaşdırır. Bu evlərin inşasına zamanında yerli icra hakimiyyəti orqanları tərəfindən “göz yumulması” başqa bir böyük müzakirənin mövzusudr. Bu gün Ramiz Mehdiyevin mediada dərc olunan əmlak siyahısına, var dövlətinə, milyardlarına nəzər yetirəndə, bütün bunların mənbələrindən birinin də məhz icra hakimiyyətlərinin qanunsuz tikililərə verdikləri “şifahi icazələr”dən yığılan pullar olduğunu unutmamaq lazımdır…

Məsələnin hüquqi tərəfinə qayıtsaq, qeyd etməliyik ki, vətəndaşın sözügedən əmlaklara mülkiyyət hüququnun tanınmaması səbəbindən həmin insanlar bu mülklərdən istifadə imkanlarından – onların satışı, girov qoyulması, miras kimi ötürülməsi, bağışlanması və sairdən məhrum olur…

Yeri gəlmişkən, müqayisə üçün qeyd edək ki, eyni problem uzun illər, məsələn, qonşu Gürcüstanda da olub. Son illərə qədər bu problem 1 milyondan çox vətəndaşı əhatə edib. Bu genişmiqyaslı problemi həll etmək üçün Gürcüstan hökuməti tərəfindən tikinti amnistiyası layihəsi irəli sürülüb və bununla bağlı 1 yanvar 2024-cü il tarixindən etibarən rəsmi olaraq yeni qanun qüvvəyə minib. Bu qərarla vətəndaşlar qanunsuz tikintiyə görə tətbiq olunan cərimələrdən və ya evlərin sökülməsi riskindən tamamilə azad edilib. Eyni zamanda, sənədləşmə prosesi sadələşdirilərək həmin əmlakların tam hüquqi dövriyyəyə cəlb olunması və dövlət qeydiyyatına alınması təmin edilir. Bundan əvvəl, 2022-ci ildə də Gürcüstanda müəyyən sənəd çatışmazlıqlarına görə istismara qəbul olunmayan çoxmənzilli yaşayış binaları üçün analoji amnistiya proqramı həyata keçirilmişdi.

Azərbaycanda da bu prosesin müvafiq qurumlar tərəfindən əhalinin tələbinə uyğun sürətlə həyata keçirilməsinə ehtiyac var. 

Məsələnin sosial-qtisadi tərəfinə gəlincə, qeyd edək ki, sənədləri olmadığından bu cür evlər real dəyərindən 20-30 faiz ucuzuna satılır. Bu, əmlak sahibləri üçün böyük maliyyə itkisidir.

Digər yandan, bu evlər banklar tərəfindən girov kimi qəbul edilmir, vətəndaşlar həmin evlərdə rəsmi qeydiyyata düşə və əmlakı vərəsəliklə ötürə bilmirlər.

Bütün bunlar təkcə vətəndaşa deyil, ölkənin biznes mühiti, bank sektoru, sığorta sektoru və vergi daxilomaları üçün də məhdudiyyət yaradır. Hansı ki, əksinə, bu evlərin rəsmiləşdirilməsi biznes, maliyyə-bank və sığorta sektorları üçün böyük iqtisadi imkanlar və əlavə dövriyyə yarada bilər.



Məsələn, əmlak vergi dərəcəsi Bakıda hər kvadratmetr üçün baza olaraq 0.40 manat təşkil edir (zona əmsalları ilə 0.28 - 0.60 AZN arası dəyişir). Regionlarda isə bu dərəcə 0.10 - 0.30 manat arasındadır. Əgər bu 500.000 evin hər birinin orta hesabla vergi tutulan sahəsini (30 m² güzəşt çıxıldıqdan sonra) 70–100 m² götürsək(hansı ki, əksər evlərin sahəsi daha çoxdur) və orta illik əmlak vergisini zona yerləşməsindən asılı olaraq 25–40 manat civarında hesablasaq, bu, təkcə illik birbaşa əmlak vergisi üzrə yerli büdcələrə və bələdiyyə büdcələrinə 20-30 milyon manat əlavə gəlir deməkdir.

Evlərin sənədləşdirilməsi təkcə əmlak vergisi deyil, digər böyük maliyyə axınlarını da aktivləşdirə bilər. Məsələn, müxtəlif hesablamalara görə, bu evlərin sənədləşdirilməsindən sığorta bazarına əlavə illik 25 miyon manat daxil ola bilər. Həmin 25 milyondan da dövlət büdcəsinə mənfəət vergisi şəklində milyonlarla vəsait daxil olar.

Bununla da bitmir. 500 min evin ilkin qeydiyyatı və çıxarış alınması üçün xidmət rüsumları 100 milyonlarla manat əlavə gəlir deməkdir. Həmçinin, bu evlər rəsmiləşdiriləndən sonra onların notariuslar vasitəsilə alqı-satqısı, bağışlanması və s. kimi əməliyyatlara görə ödənişlər və vergilər də əlavə gəlirlər gətirər.

Mütəxəssislərin təxmini hesablamalarına görə, Azərbaycandakı, xüsusilə Bakı və Abşeron yarımadasındakı sənədsiz evlərin ümumi bazar dəyəri 50 milyard manata yaxındır. Bəziləri bu rəqəmin daha böyük olduğunu iddia edirlər və onlarla razlaşmamaq olmur. Bu kapital büdcəyə və ümumilikdə əhaliyə yüz milyonlarla manat gəlir gətirə bilər. İndi isə faktiki olaraq həmin 50 milyard ölkə iqtisadiyyatı üçün “ölü kapital”a çevrilib. Onun nə vaxt və necə “diriləcəyi” isə sual olaraq qalır…

Elxan Qüdrətoğlu

“AzPolitika.info” 


Oxunub: 29
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 11:28 | Bəzi həkimlərə xüsusi rütbələr veriləcək
    Bu gün, 11:25 | Deputat: “Bizə Türkiyə ilə əlaqələri azaltmaq göstərişi verilməyib”
    Bu gün, 11:21 | Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib"
    Bu gün, 11:19 | Fazil Mustafa Prezident İlham Əliyevin Türkiyəyə getməməsindən danışdı: “Ərdoğan da Şuşadakı tədbirə naziri göndərmişdi”
    Bu gün, 11:04 | Moskva aeroportları ötən gecə belə olub - VİDEO
    Bu gün, 10:54 | Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək – İşləri 20 manatlıq şirkət görəcək
    Bu gün, 10:42 | Bu şirkətin vergi borcu yarım milyona yaxınlaşır
    Bu gün, 10:33 | 50 MİLYARD MANATLIQ “ÖLÜ KAPİTAL”... - Sənədsiz evlərin bəxti açılacaqmı?
    Bu gün, 10:23 | Arzuxan Əlizadə Ombudsman aparatından danışdı: "Müraciətlər get-gedə artır"
    Bu gün, 10:18 | Azərbaycanda ombudsman vəzifəsinə namizədlər - ADLAR
    Bu gün, 10:16 | Ölkə ərazisində faktiki hava açıqlanıb
    Bu gün, 10:14 | Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
    Bu gün, 09:03 | Misli Premyer Liqası: "Turan Tovuz" "Sabah"la qarşılaşır
    Bu gün, 08:50 | Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video
    Bu gün, 08:20 | "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Kəsəmən kəndi - Foto/Video
    Bu gün, 08:13 | Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
    Bu gün, 08:07 | Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Video
    Bu gün, 08:05 | Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə: Keçmiş həyat yoldaşı nə tələb edir?
    Bu gün, 08:02 | Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video
    Bu gün, 07:58 | Altı rayonun bir sıra ərazilərində qaz kəsiləcək
    Bu gün, 07:55 | Adi qan analizi hansı xəstəliklərin əlamətlərini üzə çıxara bilər?
    Bu gün, 07:53 | Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
    Bu gün, 07:51 | Ronaldo het-trik etdi, minə 15 qol qaldı
    Dünən, 21:03 | Qazaxda region gənclərinin inkişafı və karyera planlaması müzakirə olunub
    Dünən, 18:41 | Eldar Əzizov onu rəis təyin etdi
    Dünən, 18:32 | Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu - FOTO
    Dünən, 18:31 | Xəzər ətrafında yaşayan sakinlər kənar ərazilərə köçürülə bilər...
    Dünən, 18:29 | Sabah Masallının bu kəndlərində qaz olmayacaq
    Dünən, 16:00 | Paşinyan: Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır
    Dünən, 15:55 | Qızların qaldığı yataqxanada nə baş verib? - "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - VİDEO
    Dünən, 13:31 | Jurnalistlərin döyüldüyü məktəbin direktor müavini danışdı: "Kənar adam olmayıb, hamısı məktəblilərdir"
    Dünən, 13:29 | Mətbuat Şurasından məktəbdəki insidentlə bağlı açıqlama
    Dünən, 12:56 | Sabah hava belə olacaq
    Dünən, 12:55 | AMB sədri kartlardakı limit məsələsinə aydınlıq gətirdi
    Dünən, 12:54 | Ali Məhkəmədən Hacı Vəliyevlə bağlı qərar
    Dünən, 12:27 | Emin Əmrullayevin bacarıqsızlığı və yaratdığı acı mənzərə Prezidentə detallı məruzə olunmalıdır
    Dünən, 09:19 | Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
    Dünən, 09:17 | Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı münasibətilə paylaşım edib
    Dünən, 08:10 | Bu rayonların icra hakimiyyətlərində həbslər BAŞLAYIR? – AÇIQLAMA
    Dünən, 07:53 | Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alanın kimliyi məlum oldu
    Dünən, 07:51 | Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib?
    Dünən, 07:48 | Kiçik pomidorlarda böyük təhlükə!
    Dünən, 07:47 | Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
    Dünən, 07:45 | "ChatGPT"nin dərmanla bağlı məsləhəti qadının həyatına son qoydu - FOTO
    Dünən, 07:44 | Almaniya doğrudan dağılır? Hər 4 saniyədə 1 nəfər işini itirir
    Dünən, 07:42 | Bakıda 2 yaşlı uşağı qonşuya tapşırdı, qayıdanda öldüyünü gördü
    Dünən, 00:03 | Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
    28-10-2026, 20:26 | "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
    28-10-2026, 20:24 | Sabah Bakının bu yolları bağlanacaq
    28-10-2026, 20:11 | Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.