Kişi restoranda hesabı görüb qadınla görüşdən qaçdı
ABŞ-da kişi restoranda hesab gələndə görüşdən qaçıb. Qadının sözlərinə görə, əvvəlcə kişinin tualetə getdiyinin güman edib. Mediaxeberleri.Az Gundem.az-a istinadən bildirir ki, qadının dediyinəgörə, kişi ilə dəniz məhsulları restoranına görüşə gediblər. Orada yeni tanışı yalnız içki ilə məhdudlaşanda o, 50-yə yaxın istiridyə sifariş edib. Gecənin sonunda hesab gətiriləndə amerikalı tualetə getməli olduğunu desə də, oradan bir daha geri qayıtmayıb. "10, 20, 30 dəqiqə keçdi və o, hələ də geri qayıtmadı", = qadın xatırlayır. Amerikalı əlavə edib ki, o, hesabı özü ödəyib və kişini etdiyi hərəkətə görə tənqid edib. Sonra ona mesaj yazıb və hərəkətini izah edib. "Səni içkiyə dəvət etdim və yemək sifariş etməyə başladın. İçkilərin pulunu qaytara bilərəm", - mesajda deyilir.