"Sabah" - "Borussiya" matçına satılan biletlərin sayı...
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Report-a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün 56 000 bilet öz sahibini tapıb. Alman klubunun azarkeşləri isə indiyədək 1 715 bilet alıblar. Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq "Sabah" - "Borussiya" (Dortmund, Almaniya) oyununa satılan biletlərin sayı açıqlanıb.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















