Parklanma yerləri ləğv edilərək bu quruma verildi - VİDEO
Parklanma yeri ləğv edilib, ərazidə maşın saxlayanlar 40 manat cərimə olunurlar... Mediaxeberleri.Az xəbər verir ki, paytaxtın Səbael rayonu, Məmməd Əfəndiyev küçəsi 2 ünvanında yaşayan sakinlər yaranmış problemlə bağlı "Xəzər Xəbər"ə müraciət ediblər. Onların sözlərinə görə, bir müddət əvvələdək həmin yerdə şəxsi avtomobillərini park ediblər, lakin indi həmin parklanma yeri ləğv olunub. Sakinlər deyirlər ki, bu ərazidə, iki yaşayış binasının arasında yerləşən və əvvəllər AYNA tərəfindən idarə olunan ödənişli parklanma yeri oktyabrın 1-dən İcra Hakimiyyətinin xidməti avtomobilləri üçün ayrılıb. Araşdırmamız zamanı məlum oldu ki, sözügedən parklanma yeri Bakı Şəhər İcra Hakimiyyətinin xidməti avtomobilləri üçün ayrılıb. Mediaxeberleri.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 





















