Azərenerji və Azərişıqdan sabotaj: Mingəçevir layihəsi necə batırıldı - prezidentin iştirakı gecikir
Azərenerji ASC və Azərişıq ASC Mingəçevirdə uzun müddətdir ki, layihələrdən birini istifadəyə verə bilmir. Bununla bağlı Mediaxeberleri.Az-a daxil olan məlumata görə, həmin layihə qonşu ölkələrə enerji verilməsini nəzərdə tutur. Lakin layihəyə ayrılan vəsaitin mənimsənildiyi iddia olunur və nəticədə ortaya keyfiyyətsiz iş çıxıb. Bu səbəbdən, hər dəfə sınaq üçün layihə işə salınanda uğursuz alınır, istənilən effekti vermir. Belə ki, gözlənilən keyfiyyətdə işə düşmür və enerji bloklarında qüsurlar ortaya çıxır. Bu da ciddi problemə səbəb olub. Çünki aylardır Azərenerji və Azərişıq bu layihəni təhvil verə bilmirlər. İddialara görə, ortada külli miqdarda maliyyə yeyintisi olub və o səbəbdən göstəricilər olduqca zəifdir. Qeyd edək ki, hər iki qurumu narahat edən ən ciddi səbəb isə Prezident İlham Əliyevin Mingəçevirə gözlənilən səfəri, layihənin açılışında iştirakının nəzərdə tutulmasıdır. Bu səfər məhz layihə ərsəyə gəlmədiyindən hər dəfə təxirə salınır və müxtəlif bəhanələr gətirilir ki, iş hazır deyil. Bu məlumatlarla bağlı hər iki qurumun mövqeyini işıqlandırmağa hazırıq.





















