Mediaxeberleri.az
    
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL

Son xəbərlər :
  • Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Prezident İlham Əliyev tədbirdə çıxış edib - FOTO - YENİLƏNİB
  • Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq
  • Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu
  • İncəsənət Gimnaziyasının binası təmirdən sonra istifadəyə verilib - FOTO
  • Dünyada saat dəyişir: “Artıq saniyə” tarixə qovuşur
  • Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
  • Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı
  • Media və Yayım Şurası: "İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib" - Foto
  • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO
  • Nazirlikdə hicabın qadağan olunması xəbərinə reaksiya
  • Rusiyadan kütləvi dron hücumu: ölənlər var
  • Tünd kişmiş adamı cavanlaşdırır
  • QƏBİR DAŞLARI ÜÇÜN VAHİD STANDART... - Məzarüstü abidələr necə olacaq?
  • Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab
  • Nəriman Türkiyə klubundan ayrılır? - Rəsmi
  • Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama
  • Bu dövlət qurumunda iki departamentin adı dəyişdirildi
  • Media və Yayım Şurası: "Diyarbəkirdəki görüntülər İranın "Sahar" telekanalının dezinformasiyasıdır"
  • Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş
  • Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Prezident İlham Əliyev tədbirdə çıxış edib - FOTO - YENİLƏNİB

  • Tarix: Bu gün, 14:38

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilir.

 

Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq elan edərək dedi:

 

-Hörmətli dövlət və hökumət başçıları.

 

Hörmətli nümayəndə heyətləri rəhbərləri.

 

Xanımlar və cənablar.

 

Sizləri Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündə salamlamağa şadam. Dəvətimizi qəbul etdiyiniz üçün hamınıza minnətdarlığımı bildirirəm. AQEM-in dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşünü açıq elan edirəm.

 

İlk növbədə, biz gündəliyi təsdiq etməliyik. Əgər gündəliklə bağlı hər hansı bir təklif yoxdursa, gündəlik təsdiq olunur.

 

Gündəlikdə duran məsələlərdən biri Laos Xalq Demokratik Respublikasının üzv dövlət qismində AQEM-ə qoşulması haqqında qərardır. Bu, gündəliyimizin üçüncü bəndidir və Laos Xalq Demokratik Respublikasının AQEM-ə üzv dövlət qismində qoşulması barədə qərarı qəbul etməyi təklif edirəm.

 

Etiraz yoxdursa, Laos Xalq Demokratik Respublikasının AQEM-ə üzv dövlət qismində qoşulması barədə qərar qəbul edildi. Təbrik edirəm.

 

Laos Xalq Demokratik Respublikasının AQEM-ə yeni üzv dövlət qismində qəbul olunması Müşavirənin Asiya regionunda daha inklüziv dialoq platforması kimi artan əhəmiyyətini və inkişafını göstərən önəmli hadisədir. Bunun məhz Azərbaycanın AQEM-ə sədrliyi dövründə Bakı Zirvə Görüşü çərçivəsində baş verməsini yüksək qiymətləndiririk.

 

Zati-aliləri Prezident Thonqlun Sisuliti və bütünlükdə hamımızı qəbul edilmiş qərar münasibətilə təbrik edirəm.

 

Gündəliyin növbəti bəndi nümayəndə heyəti rəhbərlərinin çıxışlarıdır. İcazənizlə, AQEM-in hazırkı sədri qismində birinci mən çıxış edəcəyəm.

 

Prezident İlham Əliyevin

çıxışı

 

-Hörmətli dövlət və hökumət başçıları, xanımlar və cənablar, Azərbaycana xoş gəlmisiniz.

 

İlk növbədə, 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə minnətdarlığımı bildirirəm. Biz bunu hörmət və etimad əlaməti, həmçinin bir sıra beynəlxalq platformalarda sədrlik fəaliyyətimizə dəstəyin nümayişi hesab edirik.

 

Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir.

 

Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir.

 

Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir.

 

Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir.

 

BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı.

 

Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir.

 

Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı.

 

Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi.

 

Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu məsələni inhisara götürmüş və münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət həyata keçirən həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı.

 

2020-ci ilin iyul və avqustunda Ermənistan iki hərbi təxribat törətdi və nəticədə azərbaycanlı hərbçilər həlak oldular. Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi.

 

2020-ci ilin Vətən müharibəsi 44 gün davam etmişdir. Bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Müharibə dayandı, lakin Azərbaycan ərazilərinin bir hissəsi hələ də işğal altında qalırdı.

 

Üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq Qərbdən olan yeni havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə edirdi. 2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi.

 

Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi.

 

Bu, mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu idi. Lakin bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdular. Tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur. Yeri gəlmişkən, işğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər.

 

Mən bu məsələ üzərində ətraflı dayandım, çünki bu, qlobal əhəmiyyət daşıyır. BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq.

 

Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı.

 

Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar.

 

Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.

 

Hörmətli xanımlar və cənablar, Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir.

 

Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir.

 

Fürsətdən istifadə edərək, Azərbaycanın AQEM-də sədrliyinin daha iki il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə bütün üzv dövlətlərə təşəkkürümü bildirirəm.

 

Diqqətinizə görə sağ olun.

 

x x x

 

Sonra digər üzv dövlətlərin rəsmiləri çıxış etdilər.


Oxunub: 31
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:38 | Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Prezident İlham Əliyev tədbirdə çıxış edib - FOTO - YENİLƏNİB
    Bu gün, 14:25 | Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq
    Bu gün, 13:30 | Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu
    Bu gün, 13:29 | İncəsənət Gimnaziyasının binası təmirdən sonra istifadəyə verilib - FOTO
    Bu gün, 13:28 | Dünyada saat dəyişir: “Artıq saniyə” tarixə qovuşur
    Bu gün, 12:45 | Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
    Bu gün, 12:43 | Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı
    Bu gün, 10:37 | Media və Yayım Şurası: "İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib" - Foto
    Bu gün, 09:15 | Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO
    Bu gün, 07:11 | Nazirlikdə hicabın qadağan olunması xəbərinə reaksiya
    Bu gün, 07:10 | Rusiyadan kütləvi dron hücumu: ölənlər var
    Bu gün, 07:09 | Tünd kişmiş adamı cavanlaşdırır
    Dünən, 16:17 | QƏBİR DAŞLARI ÜÇÜN VAHİD STANDART... - Məzarüstü abidələr necə olacaq?
    Dünən, 14:09 | Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab
    Dünən, 13:48 | Nəriman Türkiyə klubundan ayrılır? - Rəsmi
    Dünən, 13:46 | Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama
    Dünən, 13:45 | Bu dövlət qurumunda iki departamentin adı dəyişdirildi
    Dünən, 13:36 | Media və Yayım Şurası: "Diyarbəkirdəki görüntülər İranın "Sahar" telekanalının dezinformasiyasıdır"
    Dünən, 13:04 | Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş
    Dünən, 13:01 | Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var
    Dünən, 12:56 | TOY VƏ YASLARDAKI DƏBDƏBƏ TARİXƏ QOVUŞUR? - İki mühüm TƏKLİF
    Dünən, 12:51 | Lavrov Bakıya niyə gəlir?
    Dünən, 12:34 | Paşinyandan Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri ilə bağlı - Qəbuledilməz təklif
    Dünən, 12:27 | Şad xəbər: Elektrik şəbəkəsinə qoşulma haqqının yarısını dövlət ödəyəcək
    Dünən, 12:23 | Azərbaycanda 5 uşaq anası ərini bıçaqladı
    Dünən, 12:21 | KARTDAN KARTA KÖÇÜRMƏLƏRDƏ KOMİSSİYA - Bu qədər tutulacaq
    Dünən, 09:13 | Azərbaycanda bir sıra rəsmi qurumların saytları açılmır
    Dünən, 08:12 | Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar
    Dünən, 07:46 | Ukrayna "fəlakətli qışa" hazırlaşır
    Dünən, 07:44 | "Sabah" ÇL-də neçəncidir?
    Dünən, 07:39 | Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? - Video
    Dünən, 07:37 | Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi
    Dünən, 01:00 | "Qalatasaray" - "Barselona" matçında beş qol: Çempionlar Liqasında günün nəticələri - Video
    13-10-2026, 22:49 | Fransada tələbələrin etirazları böyüyür: Yeddi min nəfər saxlanıldı
    13-10-2026, 22:40 | Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi
    13-10-2026, 22:15 | Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? - Foto/Video
    13-10-2026, 21:03 | Azərbaycan ideoloji məkanı Türkiyənin "5-ci kolon"undan nə zaman təmizlənəcək?
    13-10-2026, 20:57 | Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək
    13-10-2026, 20:25 | Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    13-10-2026, 20:21 | Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
    13-10-2026, 20:14 | Çox içki içənlərin bədəni niyə ağrıyır?
    13-10-2026, 20:04 | “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    13-10-2026, 19:59 | Hakan Fidan və Abbas Əraqçi telefonla danışdı
    13-10-2026, 19:57 | Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    13-10-2026, 19:49 | Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!
    13-10-2026, 19:45 | “Sabah” – “Slaviya” matçı üçün nəqliyyat planı açıqlandı: Azarkeşlərə vacib xəbərdarlıq
    13-10-2026, 19:35 | Azərbaycanda əhalinin borc yükü artdı
    13-10-2026, 19:22 | Silahla rəftarı bacarmayan erməni hərbçi özünü vurdu
    13-10-2026, 19:19 | Röya: “Qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz: susmamalı, mövqeyimizi ortaya qoymalıyıq”
    13-10-2026, 19:13 | Yetim gəlinin istəyi ölkəni hərəkətə gətirdi: tarixin ən dəbdəbəli toyu keçirildi - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.