Bakıdakı Rus Evində Azərbaycan və Rusiya xalqlarının Dostluq klubunun növbəti iclası keçiriləcək
Oktyabrın 20-də Bakıdakı Rus Evində Azərbaycan və Rusiya xalqlarının Dostluq klubunun növbəti ekspert iclası keçiriləcək. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM/ Rus Evi) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dəfə iclasın qonağı iqtisadçı Aslan Əzimzadə olacaq. Görüşün mövzusu: “Azərbaycanın Avrasiya İqtisadi İttifaqla əməkdaşlığı”dır. Aslan Əzimzadə – Çin iqtisadçılar Cəmiyyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Bir qurşaq, bir yol” tədqiqat mərkəzinin tədqiqatçısıdır. 2021-ci ildən UNEC-ın “Beynəlxalq iqtisadiyyat” kafedrasında müəllim işləyir.
Oxunub: 235
Xəbəri paylaş
Paylaş: