Ağcabədidə ağır qəza: qardaşlar öldü, bir nəfər yaralandı
Ağcabədidə iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az Teleqraf-a istinadən, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil qarşıdan gələn “Hunday” markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ-2107-də olan Poladlı kənd sakinləri 1970-ci il təvəllüdlü Tələt İsfəndiyar oğlu Cəfərov və 1966-cı il təvəllüdlü Novruz İsfəndiyar oğlu Cəfərov dünyasını dəyişiblər. Qəza zamanı digər "Hunday" markalı avtomobildə olan Ağcabədi rayon Aşağı Avşar kənd sakini 2004-cü il təvəllüdlü Həsən Füzuli oğlu Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















