İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/VİDEO
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. Mediaxeberleri.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "SOCAR, XRG və "TotalEnergies" şirkətləri arasında "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı"nı SOCAR-ın prezidenti Rövşən Nəcəf, "TotalEnergies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz və ADNOC/XRG-nin İcra Ofisi Direktorluğunun direktoru Omar Əl-Suveydi mübadilə ediblər. "SOCAR ilə "Comstock Resources" şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi"ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Comstock" şirkətinin prezidenti Roland Burns mübadilə ediblər. "SOCAR ilə "Apollo" şirkəti arasında "upstream" işlənmə və hasilat layihələrinə investisiya üzrə strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Apollo" şirkətinin idarəedici direktoru Conatan Bar mübadilə ediblər. "SOCAR ilə "Securing Energy for Europe GmbH" (SEFE) şirkəti arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, enerji infrastrukturunun inkişafı və hasilat layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və SEFE şirkətinin idarəedici direktoru Alexander Demidov mübadilə ediblər. "SOCAR ilə İtaliyanın "Eni S.p.A." şirkəti arasında Kot-d"İvuar Respublikasında yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının əldə olunması üzrə Əməliyyatın Tamamlanmasına dair Protokol"u SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Eni" şirkətinin Mərkəzi Asiya Bölgəsi üzrə rəhbəri Seger Hoijtink mübadilə ediblər. "SOCAR və "ExxonMobil" şirkəti arasında Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi"ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və "ExxonMobil" korporasiyasının qlobal qeyri-ənənəvi kəşfiyyat üzrə meneceri Kit Simpson mübadilə ediblər. "SOCAR və "Oracle" şirkəti arasında Oracle Alloy Agreement (və yaxud Əsas Şərtlər Toplusu)"nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və ABŞ-nin "Oracle" şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə texnologiya mühəndisliyinin baş vitse-prezidenti Ceyson Ris mübadilə ediblər. "SOCAR ilə VNG arasında Strateji Əməkdaşlığa dair Saziş"i SOCAR-ın prezidenti Rövşən Nəcəf və "VNG AG" şirkətinin idarəedici direktoru Konstantin Herzog von Oldenburg mübadilə ediblər. "Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Hindistanın "UFlex Group" şirkəti arasında Üçtərəfli Birgə Müəssisə Müqaviləsi"ni Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və "UFlex Group" şirkətinin İdarə Heyətinin sədri və Baş direktoru Aşok Çaturvedi mübadilə ediblər. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə "Carlsberg Group" şirkəti arasında Strateji Tərəfdaşlıq və İnvestisiya Çərçivə Sazişi"ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Carlsberg Group"un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə icraçı vitse-prezidenti Nikos Kalaitzidakis mübadilə ediblər. "Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə "Hong Kong Renteng International Trade Co. Limited" şirkəti arasında İnvestisiya Müqaviləsi"ni Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və "Hong Kong Renteng International Trade Co. Limited" şirkətinin İdarə Heyətinin sədri Yang Xueren mübadilə ediblər. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. Mediaxeberleri.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.































