Xəzərdə təlimlər zamanı 12 hərbçi öldü - Video
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. “Üç hərbçi xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib. Digər hərbçilərin axtarışları davam etdirilir. Hadisə yerinə dərhal xilasetmə xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Axtarış-xilasetmə əməliyyatında Hərbi Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin bölmələri, aviasiya və digər aidiyyəti xidmətlər iştirak edir”, - məlumatda qeyd edilib. *** Qazaxıstanda Manqistau vilayətində təlimlər zamanı hərbçilərin həlak olmasının səbəblərinin araşdırılması üzrə hökumət komissiyası yaradılıb. Bu barədə Qazaxıstan hökumətinin saytında məlumat verilib. Komissiyanın tərkibinə müdafiə naziri, Manqistau vilayətinin akimi (meri), Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Səhiyyə və Nəqliyyat nazirliklərinin nümayəndələri, hərbi prokuror, eləcə də Sərhəd Xidmətinin nümayəndələri daxil edilib. Qazaxıstanın Baş naziri Oljas Bektenov komissiyanın sədri - Baş nazirin müavini Kanat Bozumbayevə hadisə yerinə yollanmağı və hərbçilərin həlak olması səbəblərinin hərtərəfli araşdırılması üçün işə başlamağı tapşırıb. Bundan başqa, komissiyaya həlak olanların ailələrinə yardım göstərməklə bağlı tapşırıq verilib. *** Qazaxıstanın Manqistau vilayətində baş vermiş hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 12-yə çatıb.
Bu gün Xəzər dənizində təlimlər zamanı Qazaxıstanın 19 hərbçisi dənizə düşüb, onlardan 9-u həlak olub.





















