Qazaxda açıq ərazidə yanğın olub
Qazax rayonunda açıq ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Yuxarı Salahlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 4 ha ərazidə kol-kos və biçilmiş taxıl sahəsi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















