Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
Tikinti şirkətində işləyən 30-a yaxın şəxs maaşlarını ala bilmir. Şikayətçilər iddia edirlər ki, işlədikləri "BI Group" tikinti şirkəti aylardır ödənişlərini vermir. Şikayətçilər deyirlər ki, şirkətin onlara ödəməli olduğu məbləğ ümumilikdə 116 min manatdır. Səsləndirilən iddialarla bağlı sözügedən şirkətlə əlaqə saxladıq. Şirkətin təsisçisi Eldəniz Paşazadə "Xəzər Xəbər"ə bildirdi ki, yaranmış anlaşılmazlıq öz həllini tapıb. Sabah işçilərə ödəniş həyata keçirələcək.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















