Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
  • Bu şəxslərin maaşının artırılması təklif olunur
  • Rus ordusu daha iki kəndi işğal etdi
  • Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
  • Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
  • Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
  • Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
  • Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
  • Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
  • Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
  • Bakıda baş redaktor həbs edildi - Foto
  • Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
  • "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
  • Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
  • Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
  • İlham Əliyev dəyirmi masada iştirak etdi
  • Çox çay içənlərin diqqətinə!
  • ML: Türkiyə və Fransa məğlub oldu
  • İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
  • Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Fərid Şahbazlı: "Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətləri də bu strategiyanın mühüm dayağıdır"

  • Tarix: 17-09-2026, 19:58

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər Türk dünyasının qarşısında yeni mərhələnin dayandığını göstərir".

Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a siyasi şərhçi, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

Fərid Şahbazlı: Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətləri də bu strategiyanın mühüm dayağıdır

F.Şahbazlı bildirib ki, Prezidentin TDT-ni çox böyük beynəlxalq nüfuza malik təşkilat kimi xarakterizə etməsi və bu qurumu aparıcı beynəlxalq təşkilatlardan birinə çevirmək üçün çağırış etməsi mühüm siyasi mesajlardır:

"Burada söhbət yalnız mövcud reallığın təsvirindən getmir, həm də qarşıya konkret strateji hədəf qoyulur. Türk Dövlətləri Təşkilatı artıq yalnız ortaq tarix, dil və mədəniyyət əsasında fəaliyyət göstərən platforma deyil. Onun qarşısında bu potensialı beynəlxalq siyasətdə real təsir imkanına çevirmək vəzifəsi dayanır".

Onun sözlərinə görə, Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətləri də bu strategiyanın mühüm dayağıdır:

"Prezident çıxışında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. O, özünün təşkilata üzv ölkələrə çoxsaylı səfərlərini və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərlərini xatırladaraq, münasibətlərin intensivliyinə və səmərəliliyinə diqqət çəkdi. Dövlət başçısı eyni zamanda bildirdi ki, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və həmin müqavilələr uğurla həyata keçirilir".

F.Şahbazlı qeyd edib ki, Prezidentin Azərbaycanın ikitərəfli gündəliyinin ilk növbədə türk dünyası ölkələrinə yönəldiyini vurğulaması bu baxımdan xüsusi əhəmiyyət daşıyır:

"Azərbaycanın türk dünyasına münasibəti sadəcə tarixi və mədəni yaxınlıqla izah oluna bilməz. Burada artıq formalaşmış siyasi etimad, müttəfiqlik münasibətləri və qarşılıqlı maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıq modeli var. Bu baza TDT-nin daha güclü institusional platformaya çevrilməsi üçün mühüm imkan yaradır".

Siyasi şərhçinin fikrincə, Prezidentin regional təhlükəsizlik məsələsini xüsusi vurğulaması da TDT-nin gələcək roluna dair mühüm mesajdır:

"Dünyada təhlükəsizlik arxitekturasının sürətlə dəyişdiyi bir vaxtda türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığı yeni məzmun qazanmalıdır. Bu gün təhlükəsizlik yalnız hərbi təhlükələrlə məhdudlaşmır. İnformasiya, kiberməkan, enerji, nəqliyyat, transmilli cinayətkarlıq və yeni texnologiyalarla bağlı risklər də diqqətdə olmalıdır. Buna görə TDT çərçivəsində təhlükəsizlik üzrə koordinasiyanın gücləndirilməsi strateji əhəmiyyət daşıyır".

F.Şahbazlı hesab edir ki, TDT-nin gələcəyində gənclər amili də ən az təhlükəsizlik və iqtisadi əməkdaşlıq qədər əhəmiyyətlidir:

"Prezidentin gənc nəslin vətənpərvərlik və milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması ilə bağlı fikri çox vacibdir. TDT-nin gələcəyini yalnız dövlətlərarası sənədlərlə təmin etmək mümkün deyil. Bu birlik gələcək nəsillərin də düşüncəsində və münasibətlərində yaşamalıdır".

O bildirib ki, bunun üçün konkret mexanizmlərdən istifadə edilməlidir:

"Prezident xüsusilə bildirdi ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirilməli, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirilməlidir. Məqsəd bəllidir: gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Onlar qohum xalqlara bizim nəslin münasibət göstərdiyi kimi münasibət göstərsinlər".

F.Şahbazlı əlavə edib ki, Prezidentin milli-mənəvi dəyərlər, ənənələr və həyat tərzinə sadiqliklə bağlı fikirləri də məhz bu yanaşmanı tamamlayır:

"Türk dünyasının gücü yalnız coğrafiya və iqtisadi rəqəmlərlə ölçülə bilməz. Bizi birləşdirən ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər böyük üstünlükdür. Lakin bu üstünlüyü qorumaq və gələcək nəsillərə ötürmək lazımdır. Gənclərin bu prosesdə rolu əvəzsizdir".

Siyasi şərhçi Prezidentin BMT sistemi ilə bağlı səsləndirdiyi fikrin də TDT-nin beynəlxalq rolunun artırılması çağırışı ilə əlaqəli olduğunu vurğulayıb:

"Azərbaycanın Qarabağ təcrübəsi beynəlxalq hüquq və beynəlxalq mexanizmlərin effektivliyinin nə qədər mühüm olduğunu göstərdi. Prezidentin BMT ilə bağlı fikri də bu tarixi təcrübənin fonunda başa düşülməlidir. TDT-nin beynəlxalq məsələlərdə daha böyük rol oynaması çağırışı, əslində, türk dövlətlərinin ümumi maraqlar üzrə daha koordinasiyalı mövqe ortaya qoymasının vacibliyini göstərir".

F.Şahbazlı hesab edir ki, Prezident İlham Əliyevin çıxışındakı bütün tezisləri birləşdirən əsas xətt türk dünyasının yeni inkişaf mərhələsidir:

"Artıq əsas məsələ "türk dünyası birlikdədirmi?" sualı deyil. Ortaq tariximiz, mədəniyyətimiz və dəyərlərimiz bəllidir. Bu gün qarşıda daha ciddi sual dayanır: biz bu ortaq potensialı necə real siyasi, iqtisadi və strateji gücə çevirəcəyik?

Məncə, Prezident İlham Əliyevin bugünkü çıxışının əsas mesajı məhz budur. TDT yalnız ortaq keçmişin deyil, ortaq gələcəyin təşkilatına çevrilməlidir. Bunun üçün isə ortaq dəyərləri, siyasi iradəni, iqtisadi imkanları, təhlükəsizlik əməkdaşlığını və ən əsası, gənc nəsli vahid strateji baxış ətrafında birləşdirmək lazımdır".


Oxunub: 330
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Bu gün, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Bu gün, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Bu gün, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Bu gün, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Bu gün, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Bu gün, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Bu gün, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Bu gün, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Bu gün, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Bu gün, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Dünən, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Dünən, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Dünən, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Dünən, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Dünən, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Dünən, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Dünən, 14:27 | Güclü yaddaş və sağlam damarlar üçün qaragilə yeyin
    Dünən, 14:16 | Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
    Dünən, 14:14 | Bu şəxslərə şad xəbər: Elektrik xərclərinin yarısını dövlət ödəyəcək
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.