İranda benzin iki dəfə bahalaşdı
İran hökuməti güzəştli kateqoriyaya aid olmayan benzinin qiymətini iki dəfə bahalaşdırıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb. Məlumata əsasən, sentyabrın 8-dən etibarən üçüncü tarif üzrə benzinin bir litrinin qiyməti 10 000 tümən (0.012397 manat - red.) təşkil edir. Bildirilir ki, ilk iki tarifdə heç bir dəyişiklik edilməyib və müvafiq olaraq 1 500 (0.00186 manat - red.) və 3 000 tümən (0.003719 manat - red.) səviyyəsində saxlanılıb. Üçüncü tarif isə yanacaq kartındakı ilk iki limit bitdikdən sonra benzinin satıldığı limitdən kənar tarifdir.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















