Bakıda güclü yanğın baş verdi
Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materialları yanır. Bu barədə Mediaxeberleri.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. *** Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə FHN-dən məlumat verilib.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















