4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başladı
Salyanda 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işinə başlanılıb. Mediaxeberleri.Az Report-a istinadla xəbər verir ki, Salyan rayonu Şorsulu kənd sakini 1963-cü il təvəlldlü Nazim Həsənağa oğlu Qasımovun idarə etdiyi VAZ-2106 markalı avtomobillə 1988-ci il təvəllüdlü Razi Namus oğlu Dadaşovun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2106 markalı avtomobilin sürücüsü Nazim Qasımov, sərnişinlər Salyan rayonu, Şorsulu kənd sakinləri 1982-ci il təvəllüdlü İlkin Qismət oğlu Qasımov, 2006-cı il təvəllüdlü Elnur Faiq oğlu Əhmədov, 1972-ci il təvəllüdlü Vüqar Tahir oğlu Əsədov hadisə yerində ölüb. 2003-cü il təvəlldülü Əlifağa Elsevər oğlu Hümmətov və "Toyota Prado" markalı avtomobildə olan şərnişin Salyan rayonu, Alçalı kənd sakini 2015-ci il təvəllüdlü Namus Razi oğlu Dadaşzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan RMX-na daxil olublar. Faktla bağlı Salyan rayon Polis Şöbəsidə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb





















