Mediaxeberleri.az
    
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • Bəzi ərazilərdə işıq olmayacaq
    Bəzi ərazilərdə işıq olmayacaq
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə

Son xəbərlər :
  • Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto
  • Rusiyaya zərbələri ikiqat artıracağıq - Zelenski
  • Bakıda market və avtomobildən oğurluq edənlər saxlanıldı
  • "Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu
  • Fitso Serbiyaya buna görə səfərini ləğv etdi
  • İstanbulda cinayətkar dəstənin 7 üzvü saxlanıldı
  • Sovet pullarını yoxlayın: Bu əsginas 2900 manata satıldı
  • ABŞ icazə verdi: Bu ölkədən İrana uçuşlar olacaq
  • "Turan Tovuz" - "Fənərbağça"ya qarşı: ikinci qol - Canlı
  • Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib
  • “Ağstafa Gəncləri” səfərdə “Kür-Araz”a qalib gəldi
  • Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
  • Türkiyədə mədən qəzası: ölənlərin sayı 5-ə qalxdı
  • Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...
  • 1683-cü gün: Rusiyanın itkiləri yeniləndi
  • Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!
  • İlham Əliyev İraq prezidentini təbrik etdi
  • Millətlər Liqası: Bu gün daha 8 vacib oyun var
  • Fərhad Gündoğdu həbs edildi
  • Prezidentdən Ladislau-Marius Vizerlə bağlı sərəncam
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram" - VİDEOMÜSAHİBƏ

  • Tarix: 3-07-2026, 12:13

"Çox insan məni özündənrazı biri kimi təsəvvür edir. Amma tam əksinə, mən insanlarla çox rahat ünsiyyət qura bilirəm. Heç vaxt olmayıb ki, kimisə saymayım və ya kiməsə yuxarıdan aşağı baxım. Bilmirəm, bu fikir haradan yaranıb. Çox adam düşünür ki, insanları saymayan biriyəm. Halbuki qətiyyən belə biri deyiləm. Bəlkə də kənardan belə görünürəm, amma yaxından tanıyanlar bilirlər ki, qətiyyən elə xarakterim yoxdur".

Mediaxeberleri.Az xəbər verir ki, bunu Oxu.Az-a videomüsahibəsində Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Vəfa Zeynalova deyib.



Videomüsahibəni ixtisarla yazılı da təqdim edirik:


- İlk olaraq vermək istədiyim sual budur: Vəfa Zeynalova niyə tez-tez görünmür?

- Nə bilim (gülümsəyir - red.)... Nə ilə görünüm? Hesab edirəm ki, yeni işlə tamaşaçılara müjdə verməliyəm: ya deməliyəm, belə bir yeni iş gəlir və ya yeni bir layihə başlayır və mən də orada varam. Təəssüflər olsun ki, hazırda heç bir yeni işdə deyiləm, heç bir layihə ilə də əməkdaşlığım yoxdur. Ona görə düşünürəm ki, boş-boş danışıb insanların zamanını almayım.

- Yəqin yeni rollar alanda da düşünürsünüz ki, bu, onsuz da bizim işimizdir, yenilik sayılmır...

- Birmənalı olaraq işimizdir, amma o barədə müəyyən informasiyalar olur və elə teatrın özü buna dair məlumatlar verir...

- Birmənalı şəkildə özünüzü kənara çəkməyi sevirsiniz. Bəlkə belə deyək?

- Yox, sadəcə olaraq həyat tərzim belədir ki, istəmişəm yeni işlə meydanda olum, yeni nəsə danışım. Hər hansısa bir iş olmayanda uzaqlaşmağa çalışıram.

- Tamaşaçıların tanımadığı və tanıdığı Vəfa Zeynalova arasında hansısa bir fərq varmı?

- Əlbəttə, var. Tamaşaçılar hər zaman məni gülərüz, səbirli, daha çox insanları başa düşən, qayğı göstərən kimi tanıyırlar. Çalışmışam ki, yaddaşlara da elə həkk olunum. Amma son zamanlar hiss edirəm ki, tez-tez səbir kasam daşır, çox səbirsiz, hirsli olmuşam. Artıq bəzən istəmədən kiminsə xətrinə də dəyə bilirəm. Bunun əziyyətini ən çox özüm çəksəm də, görürəm ki, bu məndə alınır... (gülür-red). Sonradan bunun peşmanlığını yaşayıram və fikirləşirəm ki, axı niyə bunu etdim? Niyə bu sözü dedim? Gərək etməzdim.

Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: Mənə eqolu deyirdilər, indi bundan zövq alıram - VİDEOMÜSAHİBƏ

- Yeni layihələrdə olmamağınızın yəqin ki, bir səbəbi var. Rejissorlar sizi, yoxsa siz onları "görmürsünüz"?

- Təbii ki, səbəb var. Elə layihələr olur ki, yalan deməyəcəyəm, təkliflər gəlir, baxıram ki, mənə görə çox maraqsızdır. Yəni nə qədər bəzəyib-düzəyib təqdim etsələr də özümü həmin layihədə görə bilmirəm. Bəzən də gündəlik seriallara dəvətlər olur, vaxt baxımından çatdıra bilmirəm deyə razılaşmıram. Olur ki, hansısa serial yaxud filmdən dəvət gəlir, bu dəfə də aktyor heyəti, rejissorun özü və ya ümumilikdə yaradıcı komanda məni qane etmir. Bəzən isə əksinə olur, mən onları qane etmirəm.

Bundan başqa qonorar məsələsi də var. Ya təklif olunan qonorar məni qane etmir, ya da mənim istədiyim məbləğ onlara uyğun olmur. Bütün bu faktorlar rol oynayır. Amma istənilən halda mənim üçün ən önəmlisi layihənin özüdür. Əgər doğrudan da həmin filmdə və ya serialda bəlli bir yük, dəyər və ciddi iş varsa, qonorar ikinci plana keçir. Yox, əgər söhbət sadəcə simamı satmaqdan və ya içimdəki hər bir yaradıcı insan kimi oynamaq, haradasa görünmək istəyini təmin etməkdən gedirsə, o zaman ən azından düşünürəm ki, bunun qarşılığında adekvat qonorar olmalıdır.

Yaxud çox maraqlı layihələr var ki, çox istəyərəm orada olum, amma rejissorlar məni həmin obrazda görmürlər və dəvət etmirlər. Belə olan halda gedib hansısa rejissorun qapısını döyə bilmərəm ki, məni dəvət edin, məni çəkin.

- Vəfa xanım, bir aktrisa kimi heç fikrinizdən keçib ki, gedib özünüzü hansısa rejissora təklif edəsiniz? Bəlkə o sizi gerçəkdən görmür…

- Qəti surətdə yox. Heç vaxt. Ola bilməz...

- Bu "ola bilməz" eqonuzdan doğur, yoxsa düşünürsünüz ki, onlar sizi görməlidirlər?

Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: Mənə eqolu deyirdilər, indi bundan zövq alıram - VİDEOMÜSAHİBƏ

- Xeyr, eqo ilə əlaqəsi yoxdur. Sadəcə, həmişə deyirəm ki, rejissor, operator və aktrisa arasında xüsusi bir bağlılıq olmalıdır. Bu üçlük bir-birini anlamalıdır ki, obrazı tamaşaçıya düzgün ötürə bilsinlər. Əgər rejissor hansısa aktrisanı və ya aktyoru işlədiyi layihədə görmürsə, kiminsə xətrinə məcburən onunla işləməyə çalışırsa, bu əməkdaşlıq alınmayacaq. Nəticədə rejissor öz işinə ziyan vurmuş olacaq - özünü də aldadacaq, tamaşaçını da, aktrisanı da. Əgər rejissor hansısa aktrisanı və ya aktyoru məhz o rolda görürsə, o zaman onu layihəyə cəlb etmək üçün əlindən gələni edəcək. Hətta onların oynamaq həvəsi olmasa, şəxsi problemləri olsa belə, rejissor hər şeyi edəcək ki, dəvət etdiyi aktyor və ya aktrisa öz potensialını ortaya qoya bilsin və o, istədiyi nəticəni əldə etsin. Ona görə də hər zaman düşünürəm ki, rejissor aktrisasını və aktyorunu özü seçməlidir - birmənalı şəkildə.

Mən gedib deyə bilmərəm ki, biz dostuq, məni də çək. Təbii ki, bizim cameədə hər kəs bir-birini tanıyır, hər kəsin də qarşılıqlı yaxşı münasibəti var. Mən də dostlarıma deyə bilərəm ki, məni görmürsünüz, mən sizin yaxın dostunuzam, niyə məni çəkmirsiniz? Amma düşünürəm ki, bu, düzgün deyil. Dostluq başqa şeydir, iş isə tamam ayrıdır. İşə xahişlə, tapşırıqla getmək olmaz. İşdə səni görməlidirlər, bəyənməlidirlər və seçməlidirlər. Mənim üçün bundan başqa xətt yoxdur.

- Dediniz ki, sizin cameədə hər kəs bir-birinin xətrini istəyir. Açığı, buna bir az inanmağım gəlmir. Obrazlı desəm, tarix boyunca bu cameədə sanki hər kəs bir-birinə əks getməyə daha çox meyillidir, nəinki xətir istəməyə...

- Çevrəmdə olanlara - aktyorlar, aktrisalar, rejissorlar, ssenaristlər, jurnalistlər, ümumiyyətlə, ətrafımdakı hər kəsə - əgər kiməsə dost, tanış və ya yaxın insan deyirəmsə, deməli, onlar mənim üçün doğrudan da elədirlər. Bilirəm ki, onlar məni görürlər də, sayırlar da, istəyirlər də. Mən də eyni qarşılığı verirəm, çünki başqa cür mümkün deyil.

Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: Mənə eqolu deyirdilər, indi bundan zövq alıram - VİDEOMÜSAHİBƏ

- Sizi istəməyənlər yoxdur yəni?

- Əlbəttə, var. Amma onlar artıq mənim yaxın çevrəmdə deyillər. Hətta bizim cameədən olsalar belə, sadəcə kənardan tanıdığım insanlardırlar. Bizim ünsiyyətimiz isti ola bilməz - uzaqbaşı Allahın salamını verə bilərik.

- Ola bilərmi ki, sizə hansısa təklif gəlib, bayaq sadaladığınız səbəblərə görə imtina etmisiniz və sonra iki rejissor söhbət edəndə biri digərinə tövsiyə edib ki, Vəfanı çağırma, çox kaprizlidir?

- Ola bilər yox, çox olub. Ümumiyyətlə, mənim haqqımda belə bir şayiə gəzir ki, guya həddindən artıq kaprizli aktrisayam və hansısa çəkiliş meydançasında olsam, bütün heyəti bezdirərəm, böyük tələblər qoyuram. Əvvəllər bu məni qıcıqlandırırdı. Fikirləşirdim ki, niyə haqqımda belə düşünürlər, axı o cür deyiləm. Amma açığı, indi bundan zövq alıram. Qoy elə belə düşünsünlər. (gülür-red.)

- Akademik Milli Dram Teatrının səhnəsindən kənarda özünüzü necə təsəvvür edirsiniz? Hesab edin ki, bir gün sizə deyirlər ki, artıq burada işləmirsiniz...

- Çətin sual oldu. Hətta sualın əvvəlini başqa cür başa düşdüm. Cavab vermək istəyirdim, sonra davamını gətirdiniz və gördüm ki, başqa sualdır… Doğrudan da çox çətin sual oldu…

Bir cümlə ilə desəm, bu, mənim üçün yəqin ki, dəhşət olar, çünki özümü teatrsız təsəvvür etmirəm. Təbii ki, başqa teatrlar da var və şübhəsiz ki, hansısa teatr mənə qapısını açacaq. Amma o söz mənə deyilsə, həmin an reaksiyamın necə olacağına dair suala birmənalı cavab verməyə çətinlik çəkirəm. Bəlkə normal həyatımı davam etdirərəm, bəlkə depressiyaya düşərəm, bəlkə də çox sərt reaksiyalar verərəm. Həqiqətən bilmirəm. Necə deyərlər, Allah yazıbsa, pozun. (gülür-red.)

Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: Mənə eqolu deyirdilər, indi bundan zövq alıram - VİDEOMÜSAHİBƏ

- Bəs bu qadağa sizə ailəniz tərəfindən qoyulsaydı? Deyə bilərsiniz ki, qoyulsaydı bu günə kimi qoyulardı, amma həyatda hər şey ola bilər. Belə bir seçim qarşısında qalmısınızmı: ailə, yoxsa səhnə?

- Xeyr, belə bir seçim qarşısında qalmamışam heç vaxt. Amma həmişə demişəm ki, seçim etməli olsam, ailəmi seçərdim. Bu sözü bu qədər rahat deməyimin səbəbi də ilk gündən ailəmin mənə dəstək olmasıdır. Heç vaxt sənətimlə ailəm arasında qarşıdurma yaşanmayıb.

- İki övladınız var.

- Bəli, 27 yaşında iki qızım var - Səbinə və Lalə.

- Xəyalınızdan keçibmi qızlarınızı da aktrisa kimi görəsiniz?

- Yox, keçməyib. Hətta belə bir dövr olub. Onların bu sahəyə müəyyən maraqları yaranmışdı. Onlara bu sənətin çətinliklərini, rahat tərəflərini, mənfisini, müsbətini olduğu kimi izah etmişəm. Açığı, özüm aktrisa olmalarını istəməsəm də, seçimlərinə qarışmamışam. Sadəcə hər şeyi izah etmişəm. Nəticədə özləri qərara gəliblər ki, başqa sahələrə yönəlsinlər. Hazırda fərqli sahələrdə çalışırlar, öz işlərindən zövq alırlar, mən də bundan rahat oluram. Teatrda işləsəydilər bəlkə də heç kimə lazım olmayacaqdılar, aylarla oturub rollar gözləyəcəkdilər. Mənim özümdə az olmayıb, teatrda oturub illərlə rol gözləmişəm. Aylar demirəm ha, illərlə. Zaman olub ki, kimlərinsə xoşuna gəlməmişəm, çünki sözü özümdə saxlayan deyiləm, söz gəldisə, deməliyəm və onu dediyimə görə də illərlə rol almamışam…

- Bu gün 20 yaşlı Vəfa Zeynalova ilə üz-üzə gəlsəydiniz, yolunu hansı istiqamətdən salmasını istəyərdiniz?

- Əgər sənət və karyera baxımından deyirsinizsə, təbii ki, öz sənətimi seçərdim. Hərçənd bu sənətə tam təsadüfən, özüm də bilmədən, sevmədən gəlib çıxmışam. Bu sənətə gəldiyim ilk gündən teatr, rejissorlar üzərimə elə böyük məsuliyyətlər qoydular ki... Təsəvvür edin, ölkənin bir nömrəli - ana teatrında birinci kurs tələbəsini dərhal işə götürdülər, televiziyada ilk serialda baş rol aldım. (Rəşad Nuri Güntəkinin "Dodaqdan qəlbə" romanının motivləri əsasında çəkilən "Taleyin qisməti" filmində Lamiyə obrazı" - red.) Bu, həm şans, həm də böyük məsuliyyət idi. Bir gecənin içində tamaşaçıların sevgisini görmək və bir anda anlamaq ki, hansı yükün altına girmisən. Həmin an anlamışam ki, artıq geriyə yol yoxdur. Bu məqamda artıq deyə bilməzsən ki, mən bura təsadüfən gəlmişəm. İndi buyur, özünü təsdiqlə. Nə edirsən et, bu insanların sevgisinin haqqını ver və təsdiqlə. Şükürlər olsun ki, tamaşaçı məni qəbul etdi və sevdi.

- Aktrisa olmağınız səhnədən kənarda da köməyinizə gəlib?

-Etiraf edirəm ki, bəli, gəlib. (gülür-red.)

- Demək, real həyatda da rol oynamısınız?

- Bəli. Bəzən məcbur qalıb müəyyən vəziyyətlərdə rol oynamışam. Həmişə deyirəm ki, mən aktrisayam. Əslində, hər bir insanın içində bir "oynamaq xətti" var. Sadəcə, biz bu baxımdan seçilmiş insanlarıq. Xoşbəxtik ki, böyük səhnələrimiz, ekranlarımız var və o hissi, o enerjini sənət vasitəsilə ortaya qoya bilirik. Bəzən zarafatla deyirəm ki, vay o insanların halına ki, içərilərindəki həmin hissi çıxarmağa yerləri yoxdur. Ona görə də həyatda oynamağa başlayırlar. Amma bir həqiqət də var ki, müəyyən situasiyalarda insan istəsə də, istəməsə də rol oynamaq məcburiyyətində qalır. Həyatın özü bəzən bunu tələb edir.

Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: Mənə eqolu deyirdilər, indi bundan zövq alıram - VİDEOMÜSAHİBƏ

- Bağışlayansınız?

- Sadəcə söz kimi desəm, söyləyəcəyəm ki, yox, bağışlamıram, amma təcrübə göstərir ki, artıq bağışlayıram.

- Günahı, səhvi özünüzdə görəndə, haqsız olduğunuzu biləndə o cəsarətiniz varmı gedib deyəsiniz ki, əslində məsələ məndən qaynaqlanmışdı?

- … (düşünür - red.) Bunu özümdə tərbiyələndirirəm (gülür - red).

- Məsələn, nə edirsiniz o situasiyada?

- Həmişə düşünürdüm ki, kiminsə xətrinə dəyəndə ondan üzr istəməyəcəyəm, çünki bu, mənim eqoma toxunacaq. Amma insan yaşa dolduqca fikirləri də, dünyaya baxışı da dəyişir. Düşünürəm ki, artıq bəlli bir yaşa gəlmişəm, əvvəl öz səhvini qəbul etməyi, kimdənsə üzr istəməyi onun qarşısında alçalmaq kimi qəbul edirdim. Niyə belə düşünürdüm, onu da bilmirəm. Lakin artıq bu yaşda başa düşürəm ki, əsla belə deyil - nə qədər çətin olsa da, insan üzr istəməyi də, səhvini etiraf etməyi də bacarmalıdır. Hər bir halda demək olar ki, bağışla, səhv məndə idi. Bu, çətin məsələdir ha, sizə asan gəlməsin, hələ mənim kimi bir insan üçün dəhşətli dərəcədə çətindir. (gülür - red.)

Amma indi mən bunu edə bilirəm və bu, məni sevindirir. Demək, mən özümü bu tərəfdən tərbiyələndirə bilmişəm.

Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: Mənə eqolu deyirdilər, indi bundan zövq alıram - VİDEOMÜSAHİBƏ

- Vəfa xanım, sizə mane olan, qarşınızı bilərəkdən və bilməyərəkdən kəsən, hansısa planlarınızın alt-üst olmasına səbəb olan insanlar varmı ki, sizinlə üz-üzə gələndə, heç nə olmamış kimi, çox normal danışırlar, gülürlər. Və əslində onların sizə münasibətində pərdə arxasında nə olduğunu bildiyiniz halda onlarla qucaqlaşırsınız, öpüşürsünüz. Mövcuddurmu belə insanlar?

- Bəli, təəssüf ki var...

- Bu gün o insanlara verəcək bir mesajınız varmı?

- Düzünü desəm, heç bir mesajım yoxdur. Düşünürəm ki, onlar mənim mesajımı çoxdan alıblar. Çünki onların gözünün içinə baxmağı və heç nə olmamış kimi gülməyi öyrənmişəm. Belə deyim, öz xoş rəftarımla mesajımı ötürmüşəm ki, özünüzü yormayın - əgər mən nəyisə edəcəyəmsə, o məndə alınacaqsa, siz mənə heç cürə mane ola bilməyəcəksiniz. Yox, əgər nəyisə edirəm və alınmırsa, bu da sizin "əməyiniz" deyil - sadəcə məndə alınmadı və çəkildim qırağa. Bu gün mən bunları onların gözünün içinə baxa-baxa, gülə-gülə, zövqlə deyirəm. Mənə elə gəlir ki, əgər onlar məni tanıyırlarsa, artıq özləri də bilirlər ki, nə deyirəm...

Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: Mənə eqolu deyirdilər, indi bundan zövq alıram - VİDEOMÜSAHİBƏ

Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: Mənə eqolu deyirdilər, indi bundan zövq alıram - VİDEOMÜSAHİBƏ

Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: Mənə eqolu deyirdilər, indi bundan zövq alıram - VİDEOMÜSAHİBƏ


Oxunub: 3 066
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:38 | Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto
    Dünən, 22:24 | Rusiyaya zərbələri ikiqat artıracağıq - Zelenski
    Dünən, 22:21 | Bakıda market və avtomobildən oğurluq edənlər saxlanıldı
    Dünən, 22:15 | "Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu
    Dünən, 22:13 | Fitso Serbiyaya buna görə səfərini ləğv etdi
    Dünən, 22:12 | İstanbulda cinayətkar dəstənin 7 üzvü saxlanıldı
    Dünən, 22:06 | Sovet pullarını yoxlayın: Bu əsginas 2900 manata satıldı
    Dünən, 22:02 | ABŞ icazə verdi: Bu ölkədən İrana uçuşlar olacaq
    Dünən, 21:48 | "Turan Tovuz" - "Fənərbağça"ya qarşı: ikinci qol - Canlı
    Dünən, 17:53 | Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib
    Dünən, 17:32 | “Ağstafa Gəncləri” səfərdə “Kür-Araz”a qalib gəldi
    Dünən, 12:36 | Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
    Dünən, 12:34 | Türkiyədə mədən qəzası: ölənlərin sayı 5-ə qalxdı
    Dünən, 12:33 | Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...
    Dünən, 12:30 | 1683-cü gün: Rusiyanın itkiləri yeniləndi
    Dünən, 12:29 | Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!
    Dünən, 12:27 | İlham Əliyev İraq prezidentini təbrik etdi
    Dünən, 12:25 | Millətlər Liqası: Bu gün daha 8 vacib oyun var
    Dünən, 11:07 | Fərhad Gündoğdu həbs edildi
    Dünən, 11:05 | Prezidentdən Ladislau-Marius Vizerlə bağlı sərəncam
    Dünən, 11:03 | Azərbaycana 10 sm qar yağdı - Video
    Dünən, 11:02 | Bakıda ərzaq satışı köşkündə yanğın: ölən var
    Dünən, 11:00 | Tovuzda dəhşət: Anasının üzərinə benzin tökərək yandırdı
    Dünən, 10:59 | ADY-dən yağışlı hava ilə bağlı çağırış
    Dünən, 10:56 | Azərbaycan türk dünyası birliyinin gücləndirilməsinə sadiqdir...
    2-10-2026, 21:11 | Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
    2-10-2026, 20:59 | Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
    2-10-2026, 20:50 | Rusiya Cənub körpüsünü vurdu
    2-10-2026, 20:49 | Azərbaycan - Litva oyununu o idarə edəcək
    2-10-2026, 20:43 | ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
    2-10-2026, 20:35 | ABŞ bu ölkəyə yanacaq daşıyan gəmini saxladı
    2-10-2026, 20:33 | Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar
    2-10-2026, 20:27 | DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video
    2-10-2026, 20:25 | YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə
    2-10-2026, 20:23 | “Fənərbağça” Bakıya gəldi - Video
    2-10-2026, 18:58 | “PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu
    2-10-2026, 16:35 | Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
    2-10-2026, 16:14 | Şad xəbər: Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək
    2-10-2026, 16:11 | Bakı Metropoliteninə yeni səlahiyyət verildi
    2-10-2026, 16:10 | YAP Təftiş Komissiyasının yeni tərkibi - Adlar
    2-10-2026, 16:08 | Azərbaycanda 524 sənaye müəssisəsi bağlandı
    2-10-2026, 13:25 | Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatdı - YENİLƏNİB
    2-10-2026, 13:19 | Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
    2-10-2026, 13:17 | Ermənistana keçən əsgərimiz... - İki versiya var
    2-10-2026, 13:16 | Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır
    2-10-2026, 13:15 | Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər
    2-10-2026, 08:39 | Sərhədi keçdiyi deyilən hərbçimizlə bağlı şok iddia...
    2-10-2026, 08:35 | Ukrayna fəlakətin astanasında: 52 milyondan 20 milyona...
    2-10-2026, 08:33 | Nazirə sərt sual: Prezidentin qoyduğu hədəf niyə yerinə yetirilmir?
    2-10-2026, 08:04 | Millətlər Liqasında mübarizə gərginləşir: Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.