Şagird Araz çayında batdı - Suyun səviyyəsi endirildi
İmişli sakini çayda çimərkən boğulub. Mediaxeberleri.Az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Rəsullu kəndi ərazisində baş verib. Kənd sakini Turan Mirağa oğlu Mirişli dünən saat 20 radələrində Araz çayında çimən zaman suda batıb. Onun meyitin tapılması istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırılma aparılır. *** Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdinin axtarışları davam etdirilir. Bu ilin məzunu Turan Mirişlinin tapılması məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri və katerləri cəlb edilib. Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir. *** Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdi Turan Mirişlinin axtarışları davam edir. Mediaxeberleri.Az-ın məlumatına görə, axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə hidroqovşağından Araza buraxılan suyun həcmi azaldılmaqla çayda suyun səviyyəsi endirilib.





















