Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü
Azərbaycanlı zəvvarların sonuncu qrupu həcc ziyarətinə yola düşüb. Mediaxeberleri.Az xəbər verir ki, 130 zəvvarın olduğu sonuncu - 7-ci təyyarə saat 06:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə yolda düşüb. Bildirək ki, bu il həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün kvota 1 150 yer təşkil edib, bir nəfər zəvvar üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən olunub. Xatırladaq ki, mayın 27-də və 28-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















