Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
  • Bu şəxslərin maaşının artırılması təklif olunur
  • Rus ordusu daha iki kəndi işğal etdi
  • Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
  • Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
  • Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
  • Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
  • Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
  • Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
  • Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
  • Bakıda baş redaktor həbs edildi - Foto
  • Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
  • "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
  • Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
  • Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
  • İlham Əliyev dəyirmi masada iştirak etdi
  • Çox çay içənlərin diqqətinə!
  • ML: Türkiyə və Fransa məğlub oldu
  • İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
  • Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İlham Əliyev BMT ASİSK-in iştirakçılarına müraciət ünvanlayıb

  • Tarix: 20-04-2026, 08:53

Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.

Mediaxeberleri.Az President.az-a istinadən həmin müraciətin mətnini təqdim edir:

"Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) səksən ikinci sessiyasında çıxış etmək üçün mənə göndərdiyi səmimi dəvətə görə Baş katibin müavininə dərin təşəkkürümü bildirmək istəyirəm.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusən də, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda, bu mühüm işə töhfə verməkdən məmnunuq.

Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır.

2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra, Cənubi Qafqazda dərin transformasiya baş vermişdir. Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Ermənistanla sülh gündəliyinə başlamışdır. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunmuşdur.

Bu gün, biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda, Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir.

Eyni zamanda, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80000-dən artıq insan, öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra, 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışlar.

Xanımlar və cənablar,

Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə, təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır.

Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir.

Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq.

Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir.

Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 - İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür.

Sonda, məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan gələn ay Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək. Genişmiqyaslı yenidənqurma və dayanıqlı şəhərsalma işlərində iştirak edən ölkə kimi, biz sessiyada öz təcrübəmizi bölüşməyi və ən yaxşı qlobal təcrübələrlə tanış olmağı arzulayırıq. Mən hamınızı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməyə dəvət edirəm.

Bu iclasın işinə uğurlar arzu edirəm. Sağ olun".


Oxunub: 397
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Bu gün, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Bu gün, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Bu gün, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Bu gün, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Bu gün, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Bu gün, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Bu gün, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Bu gün, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Bu gün, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Bu gün, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Dünən, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Dünən, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Dünən, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Dünən, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Dünən, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Dünən, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Dünən, 14:27 | Güclü yaddaş və sağlam damarlar üçün qaragilə yeyin
    Dünən, 14:16 | Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
    Dünən, 14:14 | Bu şəxslərə şad xəbər: Elektrik xərclərinin yarısını dövlət ödəyəcək
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.