Zakir Fərəcov xeyir-şər evlərinin istifadəsinə qadağa qoyub?
Sumqayıtda məhəllələrdə tikilən xeyir-şər evlərinin istifadəsinə icazə verilmir. Bu barədə Mediaxeberleri.Az-a yerli sakinlər bildirib. Onların sözlərinə görə, bir müddətdir ki, bir çox məhəllədə xeyir-şər evlərinin qaz, işıq və su sayğaclarına möhür vurulub. Sakinlərin iddiasına görə, onlara xeyir-şər evlərində hər hansı mərasimin keçirilməsinin yasaq olduğu bildirilib. "İndi ancaq domino, nərd oynayırıq. Artıq bir müddətdir ki, xeyir-şər evlərindən təyinatı üzrə istifadə edə bilmirik”, deyə sakinlər bildirib. Sakinlər iddia edib ki, qadağa şəhər rəhbərliyi tərəfindən qoyulub. Tiraj.az-ın məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən mövqe öyrənməyi mümkün olmayıb. Bayram günləri olduğundan qurumun telefonları susub.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















