Fələstin-İsrail münaqişəsi neft bazarını ÇÖKDÜRÜR - İranın iştirakı təsdiqlənərsə...
Dünya bazarında neft Fələstin-İsrail münaqişəsinin hazırkı gərginləşməsi fonunda 4 faiz ucuzlaşıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Beynəlxalq birja ticarətinin məlumatına görə, "Brent" markalı neft 0,6 faiz və ya 56 sent ucuzlaşaraq 87,59 dollar/barelə bərabər olub. "West Texas Intermediate" gilinin bir barreli də 56 dollar və ya 0,6 faiz ucuzlaşaraq 85,82 dollar/barelə düşüb. Qeyd olunur ki, hazırda bazar Fələstin-İsrail münaqişəsinin indiki gərginləşməsində İranın iştirakının təsdiqlənib-təsdiqlənməyəcəyini gözləyir. Bu təsdiqlənərsə, ABŞ İran neftinə qarşı sanksiyalara ciddi şəkildə əməl etməli olacaq ki, bu da bazara əlavə impulslar verəcək.
Oxunub: 240
Xəbəri paylaş
Paylaş: