Qarabağda 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edildi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə köçürülmüş sakinlərdən 3 867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib. Bu barədə Mediaxeberleri.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd olunub ki, onlardan 3 723-nün məşğulluğu təmin olunub, o cümlədən, 560 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Sakinlərdən 144 şəxs isə peşə hazırlığına cəlb edilib. Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə daha 660-dək şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















