2-ci liqa: “Ağstafa Gəncləri” “Marafon”a səfərdə məğlub oldu
Mediaxeberleri.Az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matç başa çatıb. Lider "Şirvan" evdə "Şəki" ilə qarşılaşıb. İlk üç turdan maksimum nəticə ilə ayrılan meydan sahibləri növbəti qələbəsini darmadağınla əldə edib və zirvədə möhkəmlənib. Günün digər matçında iddialı iki komanda münasibətlərinə aydınlıq gətirib. "Marafon" "Ağstafa Gəncləri" ilə üz-üzə gəlib. Şamaxıda oynanılan görüşdən Sabirabad təmsilçisi 3 xalla ayrılıb. Qeyd edək ki, tura sabah “Ağdaş” – “Zəngəzur”, “Hypers” – “Dinamo”, “Kür-Araz” – “Difai” və “Qaradağ Lökbatan” – “Şəmkir” oyunları ilə yekun vurulacaq. 20 sentyabr 15:30. “Şirvan” - “Şəki” - 6:0 Qollar: A.Yunanov, 5, 13, 28, 76, Ç.Məmmədov, 38, E.Məmmədov, 42 16:00. “Marafon” - “Ağstafa Gəncləri” - 2:1 Qollar: E.Quluzadə, 23, F.Nadirov, 38 - R.Süleymanov, 56 21 sentyabr 15:30. “Hypers” - “Dinamo” 15:30. “Ağdaş” - “Zəngəzur” 16:00. “Kür-Araz” - “Difai” 16:00. “Qaradağ Lökbatan” - “Şəmkir”
Azərbaycan 2-ci liqasında 4-cü turun oyunları keçirilir.
Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Sadiq Əliyev, Rəsul Babayev.
Şirvan OİK stadionu
Hakimlər: Rasim Musayev, Rizvan Süleymanov, Ruslan Məmmədov, Hacıağa Həsənov.
Şamaxı OİK stadionu





















