Almaniya və Fransa işgüzarlığa görə Yaponiya və Honq-Konqu qabaqlayıb
Əvvəllər hesab olunurdu ki, Asiya ölkələrində işçilərə normal istirahət etməyi sevmirlər, lakin “Expedia” şirkətinin hesabatı bu fikri təkzib edib. Məlum olub ki, 2022-ci ildə Yaponiya və Honq-Konq sakinləri ayrılmış məzuniyyətə əlavə olaraq orta hesabla 4 əlavə istirahət günü istəyiblər. Almaniya və Fransadan gələn işçilər isə bütün məzuniyyətlərindən istifadə edə bilməyiblər, hətta mümkün olandan 4 - 5,5 gün az istirahət ediblər. Həmçinin, Yaponiyada dövlət bayramlarıyla əlaqədar 16 gün əlavə istirahət günləri var və bu günlərdə adətən yerli sakinlər işləmirlər. Mənbə: octagon.media
Oxunub: 224
Xəbəri paylaş
Paylaş: