Gürcüstan və BƏƏ arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalanıb
Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalanıb. “Dünyanın aparıcı ölkələrindən biri kimi BƏƏ ilə əlaqələrin gücləndirilməsi bizim üçün çox mühüm prioritetdir. BƏƏ həmişə yeniliklərin və tərəqqinin önündə olub ki, bu da gələcəyə ümid və nikbinlik bəxş edir”, - Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib. BƏƏ-nin baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktum isə imzalanmış sazişin ölkələr arasında münasibətlərdə yeni mərhələ olacağını qeyd edib. Mənbə: Sputnik Georgia
Oxunub: 249
Xəbəri paylaş
Paylaş: