Mediaxeberleri.az
    
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR

Son xəbərlər :
  • Türkiyə İtaliyaya böyük hesabla məğlub oldu
  • Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ
  • Akif Aşırlıya AĞIR İTKİ
  • “Ağstafa Gəncləri” - dən vacib qələbə
  • Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı iddiası təmin olunmadı
  • "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı
  • Prezidentin başçı təyin etdiyi Babayev kimdir?
  • Qaradağ rayonuna yeni icra başçısı təyin edildi
  • Prezident 3 rayona icra başçısı təyin etdi
  • Əvəz Zeynallının dəfn olunacağı yer müəyyənləşdi
  • Gələn il minimum əməkhaqqı 460 manat ola bilər - TƏHLİL
  • Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatdı
  • 13 yaşlı oğlan faciəvi şəkildə öldü
  • Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
  • Ailəsi Əvəz Zeynallının II Fəxri Xiyabanda dəfn olunmasını istəyir
  • "Tənək dolması yemək olmaz, QATIQLA YEMƏK İSƏ CİNAYƏTDİR" - Həkimdən ÇAĞIRIŞ
  • İcra başçısı Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ildönümündə əziz xatirəsini ehtiramla yad edib
  • Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...
  • Həyat yoldaşının gözünü "göyərtdi" - 1 il müddətinə məhkum edildi
  • “Fənərbağça” bu tarixdə Azərbaycana gələcək
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

HEYDƏR ƏLİYEV İDEOLOGİYASI: dövlətçiliyin mükəmməl fəaliyyət əsası

  • Tarix: 6-03-2026, 10:01

Tarix, müasirlik və strateji hədəflər kontekstində

Sadiq QURBANOV, 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Heydər Əliyev ideologiyası Azərbaycan siyasi düşüncə tarixində zərurət kimi meydana çıxmış, mürəkkəb siyasi şəraitdə formalaşaraq sistemli dövlətçilik konsepsiyasına çevrilmiş unikal ideoloji modeldir. Bu ideologiyanın mahiyyətində milli maraqların və dövlətçilik əsaslarının təmini və qorunması, güclü dövlət institutlarının yaradılması və cəmiyyətlə hakimiyyət arasında tarazlı münasibətlərin qurulması dayanır. Ən önəmlisi budur ki, ideologiya anlayışı burada formal siyasi nəzəriyyə kimi yox, gerçək idarəçilik mexanizmlərini formalaşdıran praktik düşüncə sistemi kimi çıxış edir.

Dövlətçilik konsepsiyasına çevrilən ideyalar

Qeyd edək ki, XX əsrin ikinci yarısında Azərbaycanın daxil olduğu siyasi sistem Heydər Əliyevin idarəçilik dünyagörüşünün formalaşmasında mühüm rol oynadı. Məhz bu dövrdə siyasi liderlik fərdi xarakter xüsusiyyətləri ilə yanaşı, institusional təcrübə, strateji planlama və uzunmüddətli məqsədlərə əsaslanan idarəçilik bacarığı ilə səciyyələndirildi. Heydər Əliyevin fəaliyyətində ideoloji xətt situativ qərarlardan ibarət olmadı, tam əksinə, mərhələli şəkildə inkişaf etdirilən və gələcək dövlətçilik modelinin əsasını təşkil edən konsepsiyaya çevrildi.

Sovet idarəçilik məktəbinin texniki və inzibati mexanizmləri milli siyasi şüurla, həmçinin dövrünün zəruri çağırışları ilə uzlaşdırılaraq yeni keyfiyyət mərhələsinə keçirildi. Bu sintez idarəetmədə mərkəzləşmə ilə yanaşı, milli özünəməxsusluğun nəzərə alınmasına imkan yaratdı. Nəticədə dövlət strukturları formal institutlar səviyyəsindən çıxaraq cəmiyyətin real ehtiyaclarına cavab verən işlək mexanizmlərə çevrildi. Bu mərhələdə ideologiya milli fəaliyyətin siyasi legitimliyinin təmin olunması ilə bərabər, həm də milli özünüdərk prosesinin güclənməsinə xidmət etdi.

Vaxtıilə hakmiyyətdə olan qaragüruh Sovetlər dövründəki tarixmizin üstündə xətt çəkməyə və bu dövrün mütərəqqi şəxsiyyətlərini qaralamağa çalşırdılar. Əlbəttdə bu yanaşma nə elmi metodoloji, nə də nəzəri konseptual baxımdan düzgündür. Lakin Ümummilli Lider Heydər Əliyev uzun illərdən sonra Azərbaycan Respublikası Ali Sovetindəki ilk çıxışında bu ideoloji məsələlərə ictimaiyyət üçün tam aydınlıq gətirdi. O deyirdi: “Biz hamımız bu İttifaqın mövcud olduğu dövrdə dünyaya gəlmişik, təhsil-tərbiyə almışıq, formalaşmışıq. Biz hamımız, hər halda tam əksəriyyətimiz bu İttifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu İttifaq daxilində görmüşük. Mən və mənlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım İttifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu İttifaqa sadiqlik və məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik.

Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların İttifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri İttifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır”.

Heydər Əliyev sovet ideologiyasının imperiya mahiyyətini açıb göstərir və yolumuzun artıq müstəqillikdən keçdiyini, öz taleyimizi özümüzün həll etməli olduğunu birmənalı şəkildə bildirir. Onun bu çıxışı müasir Azərbaycanın müstəqil düşüncəli, vətənpərvər gənclərinin diqqətini cəlb etməyə bilməzdi. Təsadüfi deyil ki, Azərbaycanın müstəqlliyi yolunda mübarizə aparan gənclər məhz Heydər Əliyevin müstəqəllik yolundakı dönməz çıxışlarından sonra onun ətrafında birləşməyə başladılar və ölkəmizin müstəqllik yolunun sağlam gedişinin məhz dahi liderin fəaliyyətindən asılı olacağını qənaətinə gəldilər. Zaman həmin gənclərin doğru qərar qəbul etdiyini göstərdi. Biz bu gəncləri həmin çətin və ziddiyyətli dövrlərdə sağlam mövqe nümayiş etdirməkdə ön sıralarda gördük, Heydər Əliyevi müdafiə edən aksiyalarda, Yaş senzinə qarşı təşkil olunmuş mintiqlərdə aktiv iştirakına şahid olduq.

Tarixi irs müasir çağırışların ideloji əsasıdır

Azərbaycanın müstəqillik əldə etməsi Heydər Əliyev ideologiyasının növbəti - yetkinlik mərhələsini formalaşdırdı. Yeni siyasi reallıqlar şəraitində ideologiya sabitləşdirici və istiqamətləndirici funksiyanı üzərinə götürdü. Dövlət quruculuğu, hüquqi sistemin təşkili, ictimai-siyasi sabitliyin təmin olunması və beynəlxalq münasibətlərdə balanslı xəttin seçilməsi bu ideologiyanın praktik tətbiq sahələrini təşkil etdi. Bu mərhələdə ideoloji yanaşma artıq nəzəri çərçivədən çıxaraq dövlətin fəaliyyət mexanizminə çevrildi. Xarici və daxili siyasətimiz vahid ideoloji xəttdə birləşərək Azərbaycanı starteji hədəflərinə düzgün istiqamətləndirdi.

Prezident İlham Əliyevin bu dəyərli fikri məlum mövzunu tam əsaslandırır: “Dünya dövlətləri ilə xarici siyasət əlaqələrinin hüquq bərabərliyi və qarşılıqlı fayda prinsipləri əsasında qurulması nəticəsində Azərbaycan beynəlxalq aləmdə, sözün əsl mənasında, müstəqil siyasət həyata keçirən bir dövlət kimi öz layiqli yerini tutdu. Cənab Heydər Əliyevin zəngin siyasi təcrübəsi, bölgədə, ümumiyyətlə, dünyada gedən siyasi proseslərə qlobal mövqedən yanaşması hətta Azərbaycana qarşı açıq-aydın soyuq münasibət bəsləyən ölkələrlə də əlaqələrin normallaşdırılması və inkişaf etdirilməsinə gətirib çıxardı. Beləliklə, xarici siyasət sahəsində tarazlaşdırılmış münasibətlərin qurulması nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi xeyli dərəcədə möhkəmləndi. Ümumiyyətlə, müasir Azərbaycan dövlətçiliyinin əsasını qoymuş cənab Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanması, inkişaf etdirilməsində, Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutmasında müstəsna xidmətləri vardır”.

Azərbaycan xalqı milli xüsusiyyətlərinə görə şərq ən-ənələrini özündə ehtiva edən zəngin tarixi və mədəni irsi mövcuddur. Şərq xalqları öz rəhbərlərini fenomen kimi qəbul etməklə onların liderlik xüsusiyyətlərinə çox önəm verirlər. Bu xalqlar zəruri liderlik keyfiyyətlərini özündə əks elətdirməyən şəxsiyyətləri qəbul etmir. Bu təcürbə müasir Azərbaycan siyasətində dəfələrlə təkrar olunub.

Liderlik faktoru

Heydər Əliyev ideologiyasının əsas dayaqlarından biri liderlik faktorudur. Liderin siyasi iradəsi, uzaqgörənliyi və məsuliyyətli qərarvermə bacarığı ideoloji sistemin dayanıqlığını təmin edən əsas elementlər kimi çıxış edir. Bu baxımdan Heydər Əliyev yalnız tarixi şəxsiyyət statusunda qiymətləndirilmir, o, həm də müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji memarı kimi çıxış edir. Onun formalaşdırdığı siyasi xətt fərdi nüfuzla məhdudlaşmayaraq, institusional mexanizmlər vasitəsilə davamlılıq qazanır. Beləliklə, Heydər Əliyev ideologiyasının formalaşması tarixi şərait, idarəçilik təcrübəsi və milli siyasi düşüncənin sintezi əsasında baş vermişdir. Bu ideologiya keçmişin təcrübəsini müasir idarəçilik prinsipləri ilə birləşdirərək gələcəyə yönəlmiş dövlətçilik modelini ortaya qoyur.

Milli ideologiya liderlik paradiqmasının təzahürü kimi

Milli ideologiyanın siyasi sistem daxilində funksionallaşması onun liderlik paradiqması ilə uzlaşma səviyyəsindən birbaşa asılıdır. Müasir siyasi nəzəriyyədə ideologiya yalnız normativ dəyərlər toplusu kimi yox, daha çox məhz qərarvermə mexanizmlərini istiqamətləndirən konseptual çərçivə kimi dəyərləndirilir. Azərbaycan dövlətçilik modelində bu çərçivə liderlik fenomeni ilə institusional səviyyədə birləşdirilərək xüsusi siyasi konsepsiya forması almışdır.

Heydər Əliyev siyasi konsepsiyasında liderlik fərdi hakimiyyət texnologiyası kimi nəzərdən keçirilmir. Burada liderlik rasional legitimlik, hüquqi əsaslandırma və strateji məqsədyönlülük üzərində qurulan idarəetmə mexanizmi kimi çıxış edir. Bu yanaşma liderin subyektiv qərarverici rolunu sistem daxilində funksional elementə çevirir. Beləliklə, siyasi iradə institusional strukturun davamlılığı ilə qarşılıqlı əlaqədə formalaşır və ideoloji xətt idarəetmənin metodoloji əsasına çevrilir.

Milli ideologiyanın liderlik modeli ilə əlaqələndirilməsi siyasi sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu modeldə sabitlik statik vəziyyət kimi yox, dəyişən sosial və beynəlxalq şərtlər daxilində idarəolunan dinamika kimi qəbul edilir. Liderlik bu dinamikanın tənzimləyici mexanizmi funksiyasını daşıyır və ideologiyanın adaptasiya imkanlarını genişləndirir. Nəticədə siyasi sistem çevik olmaqla yanaşı, strateji istiqamətini itirmir.

Heydər Əliyev siyasi düşüncəsində liderlik modeli milli maraqların konseptual çərçivədə müəyyənləşdirilməsi ilə xarakterizə olunur. Milli maraq anlayışı burada situativ siyasi məqsədlərin cəmi kimi formalaşmır, əksinə dövlətin uzunmüddətli inkişaf perspektivlərini müəyyən edən struktur kateqoriya kimi təqdim edilir. Liderlik məhz bu maraqların qorunması və institusional səviyyədə reallaşdırılması funksiyasını icra edir. Bu yanaşma ideologiyanı populist diskursdan ayıraraq elmi əsaslandırılmış siyasi strategiyaya çevirir.

Bu kontekstdə bir məqamı xatırlayaraq. Dahi lider gəncləri xaricə təhsil almağa göndərərkən onlara tövsiyyə verirdi: ”Dilinizi, dininizi və Azərbaycanlı olduğunuzu heç vaxt unutmayın. Unutmayın ki, siz müstəqil Azərbaycanın vətəndaşısınız və bununla fəxr edin”.

Gənc nəsilə edilən bu nəsihət milli mənlik şüurunun formalaşmasında, milli özünəməxsusluğun qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında mühüm amilə çevrilir.

Heydər Əliyev tərəfindən irəli sürülmüş və Azərbaycançılıq milli ideologiyasının məhək daşına çevrilmiş “Hər bir şəxsin milli mənsubiyyəti onun qürur mənbəyidir! Mən həmişə fəxr etmişəm, indidə fəxr edirəm ki Azərbaycanlıyam!” siyasi şüarının yaradığı vətənpərvərlik çoşqusu qan yaddaşımıza hopur.

İdeoloji doktirinaya çevrilən siyasi şüarlar

Türkçülüyün patriarxlarına böyük hörmətini ifadə edən dahi siyasətçi Heydər Əliyevin ideoloji doktrinaya çevrilən siyasi şüarları da bu silsilənin davamıdır. Prezident İlham Əliyevin bu barədə fikirləri maraq doğurur.

Möhtərəm Prezidentin bu rəyi fikrimizcə, ən dolğun istiqamətverici mülahizədir: “Biz elə etməliyik ki, bundan sonrakı illərdə, əsrlər boyu həmişə bir yerdə olaq. Türk dünyasının böyük liderləri bizə bunu vəsiyyət etmişlər. XX əsrin əvvəllərində böyük Atatürkün məşhur kəlamları bu gün də öz aktuallığını saxlayır. XX əsrdə Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin kəlamları da bizim üçün həmişə yol göstərir. O demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz bu tarixi şəxsiyyətlərin sözlərinə sadiqik. Bu sadiqliyi ürəyimizdə saxlayırıq. Elə etməliyik ki, gələcək nəsillər də bu dostluq, qardaşlıq şəraitində yaşasınlar, daim bir-birinə kömək etsinlər, daim bir-birinin qayğıları ilə yaşasınlar. Bu iki tarixi ifadə sadəcə olaraq sözlər deyildir. Onun arxasında çox dərin məna dayanır. Bu tarixi kəlamlar bizim yolumuzu işıqlandırır. Bizim yolumuz həmişə açıq olmalıdır, nurlu olmalıdır. Bunu təmin etmək üçün biz həmişə bir yerdə olmalıyıq”.

Siyasi məktəb anlayışı kontekstində Heydər Əliyev konsepsiyası normativ idarəçilik modeli kimi çıxış edir. Bu model konkret qərarların toplusu ilə məhdudlaşmayaraq siyasi davranış standartlarını, məsuliyyət anlayışını və idarəetmə mədəniyyətini formalaşdırır. Liderlik bu mədəniyyətin daşıyıcısı olmaqla yanaşı, onun davamlılığını təmin edən mexanizm rolunu oynayır. Bu baxımdan siyasi məktəb anlayışı ideoloji varisliyin nəzəri əsasını təşkil edir.

Liderlik modelinin institusional səviyyədə təzahürü ideologiyanın şəxslərdən asılılığını minimuma endirir. Bu proses nəticəsində ideoloji xətt fərdi liderin fiziki varlığı ilə məhdudlaşmayan siyasi reallığa çevrilir. Dövlət institutları liderlik konsepsiyasının tətbiq müstəvisinə çevrilir və ideologiya normativ-hüquqi sistemlə üzvi şəkildə bağlanır. Beləliklə, liderlik ideologiyanı əvəz etmir, onun işlək mexanizmini təmin edir.

Bu nəzəri çərçivədə Heydər Əliyev tərəfindən formalaşdırılan liderlik konsepsiyası milli ideologiyanın funksional modelə çevrilməsinin əsas determinantı kimi çıxış edir. Sözügedən model siyasi sistemin sabitliyini idarəetmə praktikası səviyyəsi ilə yanaşı ideoloji legitimlik müstəvisində möhkəmləndirir.

Heydər Əliyev ideologiyasının hüquqi-institusional mahiyyəti: normativ legitimliyin konseptual modeli

Milli ideologiyanın dövlətçilik sistemində davamlı siyasi mexanizmə çevrilməsi onun hüquqi və institusional əsaslar üzərində qurulmasını zəruri edir. Bu baxımdan Heydər Əliyev ideologiyası dəyərlər toplusu olmaqla yanaşı, normativ idarəetmə modelinin formalaşdırılmasına yönəlmiş konseptual sistem kimi çıxış edir. Hüquq burada ideologiyanın tətbiq müstəvisini, institutlar isə onun icra mexanizmini təşkil edir. Heydər Əliyevin siyasi baxışlarında hüquqi legitimlik dövlət idarəçiliyinin əsas dayağı kimi təqdim olunur. O, qanunun aliliyini dövlətin mövcudluq şərti kimi dəyərləndirərək qeyd edirdi: “Qanun hamı üçün eynidir və qanunun aliliyi təmin edilmədən hüquqi dövlət qurmaq mümkün deyil.”

Bu yanaşma ideologiyanın şəxsi iradədən asılı olmadan, normativ çərçivə daxilində fəaliyyət göstərməsini təmin edən əsas prinsip kimi çıxış edir.

İnstitusional baxımdan Heydər Əliyev ideologiyası dövlət hakimiyyətinin bölgüsü, funksional məsuliyyət və idarəetmə səmərəliliyi üzərində qurulmuşdur. Dövlət institutları ideologiyanın real siyasi nəticələrə çevrilməsini təmin edən hüquqi subyektlər kimi fəaliyyət göstərir. Bu model institusional sabitliklə yanaşı, qərarların normativ əsaslandırılmasını ön plana çıxarır.

Heydər Əliyev ideologiyasında hüquqi dövlət anlayışı milli müstəqillik konsepsiyası ilə üzvi şəkildə bağlıdır. Bu kontekstdə onun məşhur fikri ideologiyanın normativ mahiyyətini aydın ifadə edir: “Dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir və bu müstəqillik yalnız möhkəm hüquqi əsaslar üzərində yaşaya bilər.”

Beləliklə, hüquq ideologiyanın qoruyucu mexanizmi, institutlar isə onun davamlılığını təmin edən struktur elementlər kimi çıxış edir.

Hüquqi-institusional mexanizmlərin sistemləşdirilməsi ideologiyanın adaptasiya imkanlarını genişləndirir. Normativ çərçivə dəyişən siyasi və sosial reallıqlara uyğunlaşmanı təmin edir, institusional mexanizmlər isə bu uyğunlaşmanı idarəolunan prosesə çevirir. Nəticədə ideologiya statik doktrina statusundan çıxaraq dinamik dövlətçilik modelinə çevrilir.

Bu mənada Heydər Əliyev tərəfindən formalaşdırılmış ideoloji sistem hüquq və institutlar vasitəsilə normativ legitimlik qazanmış, idarəetmənin rasional əsaslarına söykənən siyasi model kimi təşəkkül tapmışdır.

Heydər Əliyev ideologiyasının müasir dövrdə strateji təzahürü: suverenlik, Zəfər və Azərbaycanın qlobal güc mərkəzinə çevrilməsi

Siyasi ideologiyanın tarixi dəyərinin əsas meyarı ideoloji xəttin kritik tarixi anlarda dövlətin taleyini müəyyən edə bilməsidir. Bu baxımdan Heydər Əliyev ideologiyası müasir Azərbaycan tarixində suverenliyin tam bərpası, ərazi bütövlüyünün təmin edilməsi və dövlətin regional güc mərkəzinə transformasiyası kimi fundamental proseslərin ideoloji əsasını təşkil edir. Bu ideologiya zamanla dəyişən geosiyasi reallıqlara uyğunlaşaraq strateji idarəetmə modelinə çevrilmişdir.

Heydər Əliyevin siyasi konsepsiyasında suverenlik anlayışı yalnız formal müstəqilliklə məhdudlaşmırdı. O, suverenliyi dövlətin siyasi qərarlarını müstəqil qəbul etmək, milli maraqları beynəlxalq sistemdə qorumaq və təhlükəsizlik mexanizmlərini öz resursları hesabına təmin etmək bacarığı kimi dəyərləndirirdi. Məhz bu baxış sonrakı mərhələdə güclü ordu quruculuğu, iqtisadi müstəqillik və balanslaşdırılmış xarici siyasət xəttinin ideoloji bünövrəsini formalaşdırdı.

İdeoloji xəttin starteji uğurları: siyasi varislik

Bu ideoloji xəttin praktiki nəticəsi olaraq Azərbaycan dövləti uzunmüddətli strateji səbr və rasional güc siyasəti həyata keçirdi. Hərbi, siyasi və diplomatik resursların paralel şəkildə inkişaf etdirilməsi nəticəsində dövlət öz tarixi məqsədinə - ərazi bütövlüyünün bərpasına nail oldu. 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər təsadüfi hərbi uğur kimi yox, onilliklər ərzində formalaşdırılmış ideoloji, institusional və strateji hazırlığın məntiqi yekunu kimi qiymətləndirilməlidir. Bu kontekstdə Heydər Əliyev ideologiyasının əsas üstünlüyü onun uzunmüddətli strateji düşüncə üzərində qurulmasıdır. Ordunun dövlətin əsas dayağı kimi formalaşdırılması, milli təhlükəsizlik konsepsiyasının yaradılması və diplomatik balans siyasəti sonradan real güc faktoruna çevrildi. Heydər Əliyevin vaxtilə irəli sürdüyü “güclü dövlət – güclü ordu” prinsipi müasir mərhələdə öz tarixi təsdiqini tapdı.

İdeoloji varislik mexanizmi bu prosesdə həlledici rol oynadı. İlham Əliyev dövründə Heydər Əliyev ideologiyası yeni beynəlxalq reallıqlar fonunda daha çevik və funksional formada tətbiq olundu. Dövlətin siyasi iradəsi hərbi güclə, diplomatik əsaslandırma beynəlxalq hüquqla, informasiya siyasəti isə qlobal kommunikasiya mühiti ilə uzlaşdırıldı. Bu sintez Azərbaycanın yalnız döyüş meydanında yox, beynəlxalq siyasi müstəvidə də üstün mövqe qazanmasını təmin etdi.

Zəfərdən sonra suverenliyin tam bərpası prosesi ideologiyanın növbəti mərhələsini formalaşdırdı. Dövlətin bütün ərazilərində konstitusion nəzarətin təmin edilməsi, hüquqi idarəetmə mexanizmlərinin bərpası və mərkəzləşdirilmiş dövlət hakimiyyətinin tətbiqi Heydər Əliyev ideologiyasının hüquqi-institusional davamı kimi çıxış etdi. Bu mərhələ göstərdi ki, ideologiya yalnız müharibə dövrü üçün yox, post-münaqişə dövrünün idarə olunması üçün də işlək model təqdim edir.

Azərbaycanın müasir dövrdə regional və funksional güc mərkəzinə çevrilməsi bu ideoloji xəttin ən yüksək mərhələsidir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, siyasi təşəbbüslər və beynəlxalq vasitəçilik imkanları dövlətin təsir dairəsini genişləndirmişdir. Azərbaycan artıq regional proseslərin passiv iştirakçısı kimi çıxış etmir, o, siyasi gündəlik formalaşdıran, strateji qərarlara təsir göstərən aktora çevrilmişdir.

Beləliklə, Azərbaycanın 44 günlük Zəfəri, tam suverenliyin bərpası və müasir dünyada güc mərkəzlərindən birinə transformasiyası Heydər Əliyev ideologiyasının tarixi sınaqdan çıxmış praktik təsdiqidir. Bu nəticə hərbi güc, iqtisadi imkanlar və diplomatik bacarıqların mexaniki cəmi ilə izah olunmur. Onun əsas mənbəyi ideoloji ardıcıllıq, strateji liderlik və dövlətçilik təfəkkürünün davamlılığıdır. Məhz bu xüsusiyyətlər Heydər Əliyev ideologiyasını Azərbaycan dövlətinin müasir inkişaf mərhələsində həlledici və sistemyaradan amilə çevirir.

Dünya düzəninin yenidən konfiqurasiya edildiyi indiki siyasi katakilizmlər dövründə, dünyada və regionumuzdakı gərginliklər fonunda siyasi sabitliyin təmin olunduğu bir ölkədə yaşamaq yalnız çevik düşüncəli, dünyada gedən proseslərə nüfuz edə bilən böyük lider sayəsində mümkün ola bilər. ABŞ-Azərbaycan münasibətləri bunun bariz nümunəsidir. Dünyanın ən güclü dövlətinin başçısı D.Trampın Prezident İlham Əliyevə açıq rəğbət bəsləməsi təkcə şəxsi simpatiya nümunəsi deyil. Bu dünya siyasi səhnəsində öz yerini müəyyən etmiş, müasir çağırışlara cavab verən liderin qətiyyətli fəaliyyəti nəticəsində mükün olmuşdur.

Bu sistematik strateji hədəflərə ünvanlanmış davamlı siyasət Ulu Öndər Heydər Əliyevin yaradığı ideoloji məktəbin gerçək davamçısı, uğurlu siyasi varsi İlham Əliyevin sayəsində mükün olmuşdur.

Heydər Əliyev ideologiyası Azərbaycan dövlətinin təməl prinsiplərini ehtiva edir və onun mövcudluğunun mükəmməl ideoloji əsasına çevrilir. Yəni, Heydər Əliyev ideyaları Azərbaycanın dövlətçilik ideologiyasıdır.

Azərbaycanın dövlətçilik və müstəqillik kursu məhz Heydər Əliyev ideologiyasının prinsipləri əsasında təşəkkül tapır, mövcudluğunu qoruyur və strateji hədəflərini müəyyənləşdirir.

Azərbaycan cəmiyyəti məhz Heydər Əliyev ideologiyası kontekstində zamanın yeni çağırışlarına, müasir təfəkkür tərzinə adaptasiya olunur və davamlı təkmilləşir. Azərbaycan vətəndaşı məhz Heydər Əliyev ideologiyası zəminində qlobal trendlərə uyğunlaşaraq, milli özünəməxsusluğunu qoruyur, bəşəri dəyərləri əxz edərək kamil və yetkin milli düşüncəli insan kimi formalaşır.

Dövlətin, cəmiyyətin və fərdin – bu «sosial üçbücağın» bütün fəaliyyət və baxış istiqamətlərində Heydər Əliyev ideologiyası ən mükəmməl «yol xəritəsi»nə çevrilir, keçmişdən bu günə və sabaha keçidin ideoloji uğur formuluna, ən effektiv istinadına çevrilir.

Heydər Əliyev ideologiyası birmənalı olaraq, dövlətçilik ideologiyasıdır!




Oxunub: 469
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 00:38 | Türkiyə İtaliyaya böyük hesabla məğlub oldu
    Dünən, 22:15 | Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ
    Dünən, 22:10 | Akif Aşırlıya AĞIR İTKİ
    Dünən, 21:28 | “Ağstafa Gəncləri” - dən vacib qələbə
    Dünən, 21:08 | Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı iddiası təmin olunmadı
    Dünən, 21:04 | "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı
    Dünən, 19:09 | Prezidentin başçı təyin etdiyi Babayev kimdir?
    Dünən, 18:31 | Qaradağ rayonuna yeni icra başçısı təyin edildi
    Dünən, 18:29 | Prezident 3 rayona icra başçısı təyin etdi
    Dünən, 17:42 | Əvəz Zeynallının dəfn olunacağı yer müəyyənləşdi
    Dünən, 17:41 | Gələn il minimum əməkhaqqı 460 manat ola bilər - TƏHLİL
    Dünən, 17:39 | Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatdı
    Dünən, 17:38 | 13 yaşlı oğlan faciəvi şəkildə öldü
    Dünən, 17:31 | Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
    Dünən, 16:22 | Ailəsi Əvəz Zeynallının II Fəxri Xiyabanda dəfn olunmasını istəyir
    Dünən, 16:20 | "Tənək dolması yemək olmaz, QATIQLA YEMƏK İSƏ CİNAYƏTDİR" - Həkimdən ÇAĞIRIŞ
    Dünən, 15:38 | İcra başçısı Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    Dünən, 15:32 | Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...
    Dünən, 15:26 | Həyat yoldaşının gözünü "göyərtdi" - 1 il müddətinə məhkum edildi
    Dünən, 15:25 | “Fənərbağça” bu tarixdə Azərbaycana gələcək
    Dünən, 14:50 | Əvəz Zeynallının son mesajı...
    Dünən, 14:49 | Marketlərdə toyuq filesi niyə yoxdur?
    Dünən, 14:17 | Bu əsgərlər vaxtından əvvəl tərxis ediləcək
    Dünən, 14:14 | 24 yaşlı gəlinin ölümünə səbəb olan həkimə hökm oxundu
    Dünən, 14:11 | Vahid Ələkbərov "Forbes" reytinqində BİRİNCİ OLDU
    Dünən, 14:05 | Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
    Dünən, 14:01 | Hava şəraiti ilə bağlı xəbərdarlıq: Yağış, qar...
    Dünən, 13:56 | Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE
    Dünən, 13:55 | Lamiyə insanları necə aldadıb? - "AzTV-də işləyirəm", deyibmiş...
    Dünən, 13:35 | Jurnalist Əvəz Zeynallı vəfat etdi
    Dünən, 12:31 | Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb
    Dünən, 11:56 | Kiyevdə ölən Azərbaycan vətəndaşına görə Zelenski başsağlığı verdi
    Dünən, 11:12 | Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
    Dünən, 11:04 | Bakıda tanınmış notariusun FƏALİYYƏTİNƏ XİTAM VERİLDİ - ƏMR
    Dünən, 10:53 | Ermənistan ordusunda intihar dalğası - ŞOK RƏQƏMLƏR
    Dünən, 10:50 | Göygöldə sənədsiz ev söküldü - VİDEO
    Dünən, 10:47 | Bacısından Qənirə Paşayeva ilə bağlı təsirli paylaşım
    Dünən, 10:44 | Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası keçirilir
    Dünən, 10:43 | Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
    Dünən, 10:41 | Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM
    Dünən, 10:26 | Taleh Qaraşovun başçı olduğu Lənkəran İcra Hakimiyyətindən 10 manatlıq şirkətət 2 milyon köçürülür
    Dünən, 10:25 | Meloni İlham Əliyevə təşəkkür etdi
    Dünən, 10:20 | Qənirə Paşayevanın vəfatından 3 il ötür
    Dünən, 10:18 | Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
    Dünən, 10:16 | Vəzifəli şəxsləri şantaj edən baş redaktora hökm oxundu
    Dünən, 10:04 | Bərdədə minik avtomobili eşşək arabası ilə toqquşdu: Ölən var
    Dünən, 09:57 | Sülh müqaviləsi zəruridir, amma yetərli deyil - AKTUAL
    Dünən, 09:52 | Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Zəfərimizin qəhrəmanlarını ehtiramla yad edib - FOTO
    Dünən, 09:50 | Millətlər Liqası: Türkiyə İtaliyaya qarşı
    Dünən, 09:46 | Neft yenidən bahalaşdı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.