Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Son xəbərlər :
  • Qazaxda ilk dəfə bədii gimnastika üzrə "Grace of Nature" adlı turnir keçirilir
  • Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?
  • İsmayıllıda ev və köməkçi tikili yandı
  • Repetitorlar çətin sınaq qarşısında
  • Bu rayonlara qar yağıb - Hava məlumatı
  • Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
  • Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
  • İlham Əliyev fərman imzaladı
  • Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
  • "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
  • Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
  • "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
  • “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
  • Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ
  • Qida zəhərlənmələrinin böyük qismi ev şəraitində gigiyena tələblərinə uyğun hazırlanmayan konservlərdir - RƏSMİ
  • Ağstafada vətəndaşların növbəti səyyar qəbulu keçirilib
  • Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
  • Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Hər döyüşdə ölən insan avtomatik şəkildə şəhid sayılmır” - AÇIQLAMA

  • Tarix: 3-03-2026, 17:46

Ayətullah Əli Xameneyinin İranın dini liderliyinə yüksəlişi kimi ölümü də səsli-küylü oldu. Ölümünə sevinənlərlə birlikdə kədər hissinə düşənlər də az deyil. Bir qrup insan İranın molla rejimindən xilasını qeyd etməyə hazırlaşarkən digər qisim isə dini liderlərinin ölümünü islam dininə zərbə kimi görürlər.

 

Bəs Ayətullah Əli Xameneyi şəhid hesab olunurmu?

 

Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, bu mövzu problemli məsələdir, çünki hansı tərəfdən fikir bildirilsə, ona qarşı mənfi reaksiyalar olacaq:

İlahiyyatçı: "Həyat ən pis şərtlər altında belə gözəldir" Pravda.az

“Bu da o deməkdir ki, əslində bu problemi yaradan da elə mövzusu olan şəxsdir. Biz bu barədə qəti hökm deyə bilmərik. Çünki bu mövzu cəmiyyətimizdə emosional müzakirə mövzusudur. Amma ilahiyyatçı olaraq məsələyə ölçü ilə yanaşmaq lazımdır. Çünki “şəhid” anlayışı siyasi termin deyil, dini termindir və onun öz meyarları var. “Qurani Kərim”də buyurulur ki, Allah yolunda öldürülənləri ölü saymayın, onlar Rəbbinin yanında diridirlər. Bu ayə şəhidlik məqamının ucalığını göstərir. Amma burada əsas ifadə “Allah yolunda”dır. Hər döyüşdə ölən insan şəkildə şəhid sayılmır. Niyyət, məqsəd və mübarizənin mahiyyəti əsasdır. Məhəmməd peyğəmbər (s.ə.s) buyurur ki, kim Allahın kəlamı uca olsun deyə döyüşərsə, o Allah yolundadır. Bu hədis açıq şəkildə göstərir ki, zahiri olaraq döyüşdə ölmək kifayət deyil. Döyüşün məqsədi və niyyəti mühümdür. Klassik alimlər, o cümlədən İmam Nəvəvi və İbn Həcər qeyd edirlər ki, şəhidlik hökmü həm zahiri, həm də batini tərəfi olan məsələdir. Zahirdə müsəlman olaraq döyüşdə öldürülən şəxsə fiqhi baxımdan şəhid hökmü verilə bilər. Amma Allah qatındakı həqiqi məqam niyyətə və əməlin mahiyyətinə bağlıdır. Onu isə yalnız Allah bilir”.

 

Ə.Həsənov vurğulayıb ki, tarix boyu siyasi rəhbərlərin ölümü ilə bağlı müzakirələr çox olub: “Bir tərəf onu müdafiə edir, digər tərəf lənət oxuyur. Amma burada diqqətli olmaq lazımdır. Kiminsə siyasətini bəyənməmək ayrı məsələdir, onun axirət hökmünü vermək isə ayrı məsələdir. Biz insanlar zahirə görə hökm verə bilərik, qəlbləri isə Allah bilir. Xameneyinin timsalında da məsələ belədir. Əgər bir insan müsəlmandırsa və müharibə şəraitində öldürülübsə, fiqhi baxımdan şəhid hökmü məsələsi müzakirə oluna bilər. Amma onun siyasəti, qərarları, doğru və ya yanlış addımları ayrıca tarixi və siyasi məsələdir. Bu iki şeyi qarışdırmaq olmaz. Bir insanın siyasi fəaliyyətini tənqid etmək olar. Amma onun axirətdəki hökmünü qəti şəkildə müəyyən etmək insanın işi deyil. Burada başqa bir incə məqam da var. Quranda ədalət prinsipi çox açıq qoyulur. “Bir qövmə olan kin sizi ədalətsizliyə sövq etməsin” buyrulur. Yəni simpatiya da, antipatiya da ölçünü dəyişməməlidir. Biz hər döyüşdə ölənə avtomatik şəhid desək, doğru olmaz. Eyni zamanda siyasi səbəblərə görə kimisə dərhal kafir və ya lənətlik elan etmək də dini baxımdan təhlükəlidir. Müasir müharibələr isə daha mürəkkəbdir. Dövlətlər arasında gedən siyasi və geosiyasi qarşıdurmalar klassik fiqh kitablarında olan sadə cəbhə anlayışı ilə eyni deyil. Bu gün döyüşlər ideoloji, strateji, regional maraqlar üzərində qurulur. Ona görə də hər hadisəyə eyni qəliblə yanaşmaq olmaz. Şəhidlik böyük məqamdır. O, siyasi simpatiya ilə paylanan titul deyil, Allahın verdiyi məqamdır. İnsan zahirə görə danışa bilər, amma son hökmü Allah verir. Hər döyüşdə ölən şəhid sayılmır. Şəhidlik niyyət və məqsədlə bağlıdır. Konkret bir şəxsin axirət hökmünü isə biz yox, Allah bilir. Bizim vəzifəmiz ölçünü qorumaqdır, emosiyaya qapılmaq yox. Bu məsələlərdə ehtiyatlı danışmaq zəiflik deyil, dini məsuliyyətdir”.

 

İlahiyyatçı Tural İrfanın sözlərinə görə, şəhidlik elə də asan, ucuz məsələ deyil və kiminsə haqqında konkret şəhid statusu, yaxud adı vermək üçün onun bütün batini və zahiri həyat fəaliyyətinə bələd olmaq lazımdır:

Razi Nurullayevin müavini təhdid edildi: “Dedi ki, Ramiz Mehdiyevlə bağlı  yazdığın statusu sil” Pravda.az

“İctimaiyyət tərəfinə məlum olan fəaliyyəti ilə bağlı yalnız dildə demək olar ki, filankəs şəhiddir, yaxud şəhid deyil. Hər döyüşdə ölən şəhid sayılmır. Şəhidlik üç qisimdir. Axirət, dünya şəhidi, həm dünya, həm axirət şəhidi. Axirət şəhidi odur ki, onun harada hansı faydalı işə görə həyatını itirdiyini ya hamı, ya da çoxu bilmir. Ancaq Allah bilir. Dünya şəhidi odur ki, ilahi kitabları qəbul etməyən, yaxud inanmayan, yaxud qeyri-müsəlman haqq-ədalət uğrunda həlak olur. Dünyada hamı onu şəhid kimi qəbul edir. Lakin axirətdə onun aqibəti Allaha aiddir. Həm dünya, həm axirət şəhidi isə müsəlman, dinə bacardığı qədər riayət edən, haqq-ədalət, Vətən, namus üçün canını verəndir ki, bu dünyada hamı onu şəhid qəbul edir, Qurana görə axirətdə də Yaradan tərəfindən mükafatlandırılacağına inanır. Bəzən də elə şəxslər olur ki, onun mübarizəsi, əsl hədəfi, fəaliyyətinin əsas məqsədi və ölümü yaxud ölüm səbəbi tam məlum olmur. Siyasi tərəfdarları onu dərhal şəhid elan edirlər. Amma əks zümrə də onu şəhid hesab etmir, əksinə günahkar bilir. Yəni, ziddiyətli və birmənalı qəbul olunmayan kəslər olur. Belə şəxslər barədə ümumi icma, yəni müsəlman din alimləri yekdil rəy verməlidir. Quran meyarına görə müsəlmanlara zərər vuran, onlara təcavüz edən, vəhdətini pozan, ixtilaf salan şəxslər bu fəaliyyəti zamanı həlak olarsa, şəhid sayılmaz. Peyğəmbər səhabələri Talha bin Ubeydullah və Zebeyr bin Avvam müsəlmanların ittifaqını pozmaq üçün qanuni xəlifə olan İmam Əli bin Əbu Talıba qarşı savaşıb öldürülüblər. Onlara şəhid deyilməyib. Amma vətəni, xalqı, haqq-ədalət uğrunda öldürülənlər qeyd etdiyim üç şəhid kateqoriyasının birinə aid sayıla bilər. Həmçinin İmam Hüseynin və övladlarının Kərbəlada ölümü şəhadət sayılıb. Çünki onun məramı və məqsədi məlum idi, hərəkatı zamanı da bircə müsəlmana zərər, ziyan vurmamışdı”.

 


Oxunub: 320
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:56 | Qazaxda ilk dəfə bədii gimnastika üzrə "Grace of Nature" adlı turnir keçirilir
    Bu gün, 13:04 | Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?
    Bu gün, 13:02 | İsmayıllıda ev və köməkçi tikili yandı
    Bu gün, 11:40 | Repetitorlar çətin sınaq qarşısında
    Bu gün, 11:15 | Bu rayonlara qar yağıb - Hava məlumatı
    Bu gün, 11:14 | Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
    Bu gün, 11:06 | Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
    Bu gün, 11:05 | İlham Əliyev fərman imzaladı
    Bu gün, 07:33 | Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
    Bu gün, 07:31 | "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
    Dünən, 21:54 | Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
    Dünən, 21:27 | "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
    Dünən, 20:20 | “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
    Dünən, 20:14 | Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ
    Dünən, 20:06 | Qida zəhərlənmələrinin böyük qismi ev şəraitində gigiyena tələblərinə uyğun hazırlanmayan konservlərdir - RƏSMİ
    Dünən, 18:42 | Ağstafada vətəndaşların növbəti səyyar qəbulu keçirilib
    Dünən, 18:34 | Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 16:33 | Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
    Dünən, 15:40 | PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    Dünən, 12:59 | Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
    Dünən, 12:57 | Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
    Dünən, 12:16 | Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
    Dünən, 12:01 | Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
    Dünən, 11:56 | Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Dünən, 11:52 | DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
    Dünən, 11:49 | Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
    Dünən, 11:42 | Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
    Dünən, 11:39 | Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
    Dünən, 11:37 | Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
    Dünən, 11:35 | Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
    Dünən, 11:29 | “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    Dünən, 11:26 | Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
    Dünən, 11:22 | ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
    Dünən, 11:19 | Qaradağda əsgərləri daşıyan avtobus aşdı
    Dünən, 11:06 | Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
    Dünən, 10:58 | Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
    Dünən, 10:55 | 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
    Dünən, 10:54 | “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
    Dünən, 10:26 | “TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
    Dünən, 10:19 | C5-DƏN C6-YA TARİXİ KEÇİD... - Azərbaycanın Mərkəzi Asiya həmləsi
    Dünən, 10:12 | VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?
    Dünən, 10:03 | AFFA UEFA-nın qərarına qarşı çıxıb
    Dünən, 09:55 | Elvin Mahmudzadə həbs edildi
    Dünən, 09:53 | Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - Foto
    Dünən, 09:44 | İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
    Dünən, 09:13 | İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək"
    Dünən, 09:04 | Misli Premyer Liqasında VII tur başlayır: "Neftçi" "Sabah"a, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı
    Dünən, 07:56 | Vətəndaşın pensiyasına təsir edəcək QƏRAR - VİDEO
    Dünən, 07:54 | Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Dünən, 00:00 | Hadrutun işğaldan azad edilməsindən 6 il ötür
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.