Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
  • U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

ƏHALİ SÜRƏTLƏ BANKLARA BORCLANIR... - Vətəndaşların kredit yükünün artması nə ilə bağlıdır?

  • Tarix: 19-04-2026, 00:10

2026-cı ilin əvvəlində Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərə nisbəti 18,4%-ə yüksəlib. Bu göstərici ötən ilin sonu ilə müqayisədə 0,4 faiz bəndi artıb.

Sözügedən məlumat bu günlərdə Azərbaycan Mərkəzi Bankının “Maliyyə Sabitliyi hesabatı”nda yer alıb.

“Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir”, - deyə hesabatda bildirilib.

Qeyd edək ki, borc yükü əhalinin banklar və bank olmayan kredit təşkilatları qarşısında olan istehlak və ipoteka kreditlərinin ümumi məbləğini əks etdirir. Sərəncamda qalan gəlir isə vətəndaşların vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra istifadə edə bildiyi, yəni əlində qalan real vəsaitdir. Bu vəziyyətdə qeyd olunduğu kimi, borc yükünün artması insanların gəlirlərinin daha böyük hissəsinin kredit ödənişlərinə sərf edildiyini göstərir.

4 ildə əhalinin kredit yükü 2 dəfədən çox artıb

Statistik rəqəmlər isə bu dinamikanın hər il artdığını göstərir. Belə ki, ötən ilin hesabatına görə, 2024-cü ildə bu göstərici 2,2 faiz bəndi artaraq 18% təşkil edib. Həmin il iqtisadi fəal əhali üzrə adambaşına düşən orta aylıq sərəncamda qalan gəlir 1150 manat olub. Borc yükünün 18% olması isə o deməkdir ki, hər bir nəfər orta hesabla aylıq 207 manat kredit ödənişi edib.

Bu göstərici əvvəlki illərdə isə belə olub:

- 2020-ci ildə isə 93 manat;

- 2021-ci ildə 112 manat;

- 2022-ci ildə 140 manat;

- 2023-cü ildə 174 manat;

- 2024-cü ildə 207 manat.

Yəni, təkcə 2020-2024-cü illər ərzində əhalinin kredit yükü təxminən 2,2 dəfə artıb.



Nə qədər vətəndaşın kredit borcu var?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Bildirib ki, Azərbaycanda bank sektorunun ümumi kredit portfeli 30 milyard manata yaxındır. Bu məbləğin təxminən 80 faizini biznes və istehlak kreditlərinin payına düşür

"Əhalinin kredit yükünə gəldikdə isə, müxtəlif statistik məlumatlara əsasən ölkə əhalisinin orta hesabla 20-25 faizinin banklara kredit borcu var. Bəzi mənbələrdə bu göstəricinin 30 faizə qədər yüksəldiyi bildirilir. Ümumilikdə təxminən 3 milyona yaxın vətəndaşın banklardan kredit götürdüyü qeyd olunur ki, bu da əhalinin əhəmiyyətli hissəsini əhatə edir" - deyə, o, qeyd edib. 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "AzPolitika"-ya şərhində bildirib ki, mövcud vəziyyətin əsas səbəbi əhalinin real gəlirlərində müşahidə olunan azalmadır.



Onun sözlərinə görə, nominal gəlirlərdə müəyyən artım qeydə alınsa da, bu artım qiymətlərin yüksəlməsi fonunda effektivliyini itirir və nəticədə insanların faktiki alıcılıq qabiliyyəti zəifləyir.

Ekspert qeyd edir ki, eyni zamanda əhalinin gündəlik xərcləri də artmaqdadır: "Xüsusilə ərzaq və digər zəruri məhsulların qiymətində baş verən artım ailə büdcəsinə əlavə təzyiq yaradır. Bu isə vətəndaşların sərəncamında qalan vəsaitin azalmasına gətirib çıxarır. Belə bir şəraitdə insanlar mövcud maliyyə boşluğunu doldurmaq üçün daha çox kreditlərə üz tuturlar. Kreditləşmə ilkin mərhələdə çıxış yolu kimi görünsə də, uzunmüddətli perspektivdə borc yükünü daha da artırır və vətəndaşların maliyyə vəziyyətini çətinləşdirir".

Ekspertin qənaətinə görə, bu tendensiya davam edərsə, borclanma prosesi daha da dərinləşə bilər.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən bankların hamısı müştərilərə istehlak və nağd kreditlər təqdim edir. Bu kreditlər üzrə faiz dərəcələri isə əhəmiyyətli dərəcədə fərqlənir. Bəzi banklarda faktiki illik faiz dərəcəsi 13,99–17,71% aralığında olduğu halda, digər banklarda bu göstərici 39–43% səviyyəsinə qədər yüksəlir. Bu isə kreditlərin maya dəyərinin yüksək olduğunu və borclanmanın əhali üçün ciddi maliyyə yükü yaratdığını göstərir.



Həmçinin açıqlanan məlumatlara görə, bank sektorunda kreditləşmə də genişlənməkdə davam edir. Belə ki, 2025-ci ilin əvvəlində bankların ümumi kredit portfeli 27,5 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,4% və ya 109,5 milyon manat artım deməkdir. İl ərzində isə kredit portfeli ümumilikdə 4,3 milyard manat böyüyüb.

Kredit portfelinin strukturunda biznes kreditləri üstünlük təşkil edib – 53,8% və ya 14,7 milyard manat. İstehlak kreditlərinin payı 30,7% (8,4 milyard manat), ipoteka kreditlərinin payı isə 15,5% (4,2 milyard manat səviyyəsindədir).

Xüsusilə istehlak kreditlərində artım daha sürətli gedir. 2025-ci ilin əvvəlində bu kreditlərin həcmi 8,4 milyard manat olub. Bu, son bir ayda 22,1 milyon manat (0,3%), son bir ildə isə 1,5 milyard manat (21,7%) artım deməkdir. Bu dinamika əhalinin gündəlik xərclərini qarşılamaq üçün daha çox borclandığını göstərir.

İpoteka kreditləri üzrə də artım müşahidə olunur. Hesabat dövründə ipoteka kreditlərinin həcmi 4,2 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 46,9 milyon manat (1,1%), illik müqayisədə isə 616,3 milyon manat (17%) çoxdur.



Qeyd edək ki, əhalinin borclanmasındakı artım tempi həm də son dönəmlər bir sıra bankların kredit və taksit kartlarının verilişində müəyyən güzəştlərə getməsidir. Məsələn, əvəllər bunun üçün vətəndaşdan rəsmi gəlir tələb olunurdusa, indi sadəcə rəsmi iş yeri olduğu, gəlir göstərilmədiyi təqdirdə də bu kimi kredit kartları əlçatan olub. Bu kartlar bir növ əhalini borclanmağa stimullaşdıran alətə çevrilib. Maraq üçün qeyd edək ki, 2026-cı ilin fevral ayında ölkədə kredit kartları vasitəsilə həyata keçirilən əməliyyatların sayı 12,004 milyon, ümumi həcmi isə 639 milyon manat təşkil edib.

Eyni zamanda, bu gün qiymət artımı bir çox hallarda real gəlirlərin artımını üstələdiyindən əhalinin alıcılıq qabiliyyətini borclanma hesabına təmin edir.

Elvin Bəyməmmədli

"AzPolitika.info"


Oxunub: 2 918
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.