Avropa çempionatının ikinci günü: Hidayət Heydərov tatamiyə çıxır
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ikinci günündə daha bir cüdoçumuz mübarizəyə qoşulacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu gün Azərbaycanın son olimpiya çempionu, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov tatami üzərinə çıxacaq. İdmançımız 1/16 final mərhələsi çərçivəsində Yunanıstan təmsilçisi Konstantinos Tsaparas ilə üz-üzə gələcək. Xatırladaq ki, çempionatın ilk günündə yarışa qatılan 7 cüdoçumuzdan ikisi - 60 kiloqram çəkidə çıxış edən Əhməd Yusifov və 66 kiloqram çəkidə Turan Bayramov ölkəmizin aktivinə bürünc medallar yazdırıblar. -73 kq, 1/16 final Hidayət Heydərov - Konstantinos Tsaparas Təsnifat mərhələsi - 10:00 Final bloku - 16:00
Oxunub: 43
Xəbəri paylaş
Paylaş:





















