"Turan" Azərbaycan çempionu oldu
"Turan" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olub. Mediaxeberleri.Az xəbər verir ki, Tovuz təmsilçisi qızıl medal uğrunda görüşdə "DH Volley" komandası ilə üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Turan"ın 3:1 (15:25, 25:21, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının bürünc medalçısı "Gəncə" komandası olub.
Oxunub: 46
Xəbəri paylaş
Paylaş:





















