İran Hörmüz boğazını açıb
İran Hörmüz boğazını açıb. Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X”də bildirib. O qeyd edib ki, Livandakı atəşkəsə uyğun olaraq, bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi ABŞ-la atəşkəs müddəti ərzində tam açıq elan olunur. “Bu, İran islam Respublikasının Liman və Dənizçilik Təşkilatının bəyan etdiyi koordinasiya edilmiş marşrutla baş tutacaq”, - o qeyd edib.
Oxunub: 37
Xəbəri paylaş
Paylaş:





















