Mediaxeberleri.az
    
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”

Son xəbərlər :
  • Minimum əməkhaqqı artacaq? - Video
  • Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
  • Misli Premyer Liqası: Turun mərkəzi oyununda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək
  • “Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
  • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
  • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
  • Parklanma yerləri ləğv edilərək bu quruma verildi - VİDEO
  • Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
  • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum oldu
  • Neft kəskin bahalaşdı
  • Qazaxda “YAP-ın qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir” başlıqlı konfrans keçirilib
  • Türk dünyasından Azərbaycana növbəti dəstək
  • Vətən müharibəsi şəhidi baş gizir Teymur Hacıyev ildönümündə ehtiramla yad edilib
  • "Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq"
  • İstanbulda leysan: ölənlərin sayı artdı
  • “20 Yanvar” və “Şamaxinka”da bu marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
  • Goranboyda 74 yaşlı kişi güllələnərək öldürüldü
  • Hüsniyə hakim qarşısına çıxdı - 20 gün həbs...- VİDEO
  • Sükan arxasında yatdı, ağır qəza törətdi: ölən var
  • Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi təsdiqlənib - Siyahı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

BU GÜN "QAZAX" XEYRİYYƏ İCTİMAİ BİRLİYİ İDARƏ HEYƏTİNİN SƏDRİ, PROFESSOR İLHAM PİRMƏMMƏDOVUN AD GÜNÜDÜR

  • Tarix: 18-04-2026, 09:59

Elə insanlar var ki, onların adı çəkiləndə hər yan Nura qərq olur. Tanrının Nur Adam deyib xəlq etdiyi bəndələr var ki, onlar KÖNÜLLƏRDƏ taxt qurur. Onlar hər zaman ədalət keşikçisi olur - xeyiri şərin, işığı zülmətin, vüsalı hicranın, haqqı nahaqqın ayağına verməzlər. Mərhəmət, şəfqət, ədalət onlar olan yerdə gülümsər, dirçələr, sevinər. Mərhəmətə, şəfqətə, ədalətə meydan verər KÖNÜL SULTANLARI.
Zəmindən Səmaya ədalətlə yüksələn bu insanların ən böyük sərmayələri ömürləri olar. Çünki onlar ömürlərini elə yaşarlar ki, o ömürlə tək özləri deyil, bütün el-oba, mahal, Vətən qürur duyar. Yaşadığı ömürlə, gördüyü əməllərlə Vətənə, millətə XEYİRXAHLIQ adlı sərmayə ərmağan edən KÖNÜL SULTANLARINDAN biri də mahalımızın ləyaqətli ağsaqqalı İlham Pirməmmədovdur. Adı da, soyadı da, əməli də, amalı da Pirdir, Nurdur, Birlikdir, Bütövlükdür. Yolumuza çıxan Xızır Peyğəmbərdir İlham Pirməmmədov.
Baharın ən gözəl çağında Tanrı Qazax mahalına bir KÖNÜL SULTANI bəxş etdi. Aprel ayının 18-də insanlıq da, cahan da, ağalı-bəyli Daş Salahlı kəndində Teymur müəllimin ocağı da İlhama gəldi. Bu xəbərdən hər kəs sevindi. Bu xəbərdən Vətən daha çox sevindi. Çünki Vətən adına layiq bir oğul göz açdı dünyaya. KÖNÜLLƏRİ sevindirən o KÖNÜL ADAMININ - İLHAM PİRMƏMMƏDOVUN ad günüdür bu gün.
Şəhid ailələrinin, Qazilərin, Müharibə Veteranlarının, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvlərinin, Qazax RİH-nin başçısı cənab Rəcəb Babaşovun, Ağstafa RİH-nin başçısı cənab Seymur Orucovun, Qazax mahalının ziyalılarının, əli qabarlı, könlü vüqarlı el adamlarının adından "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovu ad günü münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, Vətən, xalq, dövlət uğrunda görəcəyi bütün işlərdə uğurlar arzulayırıq.
Biz Sizinlə fəxr edirik, əziz və hörmətli İlham müəllim.

Səbinə Yusif


İlham Teymur oğlu Pirməmmədov - 18 aprel 1955-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Daş Salahlı kənd 1 nömrəli orta məktəbini bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Mexanika-riyaziyyat” fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini mexanika ixtisası üzrə əla qiymətlərlə bitirmişdir. Həmin ildə təyinatla Dənizneftqazlayihə Elmi-tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977-1980-ci illərdə həmin İnstitutda mühəndis, elmi işçi vəzifələrində çalışmışdır. 1980-84-cü illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında “Nəzəri mexanika” kafedrasında “Deformasiya olunan bərk cismlər mexanikası” ixtisası üzrə təhsil almışdır.

1984-1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi-tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989-cu ildə Ali Təhsil Nazirliyinin Elm İdarəsinin nəzdində Elmi-pedaqoji Kadrların Hazırlanması şöbəsində baş inspektor vəzifəsində çalışmışdır. 1993-cü ildə Ali Təhsil Nazirliyi ilə Maarif Nazirliyi birləşdirildikdən sonra yeni yaradılan Təhsil Nazirliyində Ali və orta ixtisas Təhsil İdarəsinin Ali təhsil şöbəsində baş məsləhətçi vəzifəsində işləmiş və eyni zamanda 1994-cü ildə yaradılmış və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Ali Təhsil müəssisələrinin rektorlar Şurası”nda məsul katib vəzifəsini də aparmışdır. Əsasnaməyə görə bu Şuranın sədri vəzifəsini Təhsil Naziri yerinə yetirmişdir. Eyni zamanda Respublikada tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələri bu Şuranın tərkibinə daxil edilmişdir. Bu Şura 5 il fəalliyyət göstərdiyi müddətdə təhsil sistemində mövcud olan problemlərlə məşgul olmuş və çoxlu problemlərin həlli üçün tövsiyələr vermişdir.

İ.Pirməmmədov 1995-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.

1998-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyində “Rəhbərlik yanında aparat”ın müdiri vəzifəsinə təyin edilmişdir. Həmin ildən Nazirlər Kabinetinin sərəncamına əsasən Təhsil Nazirliyi Kollegiyasının üzvü olmuşdur.

2005-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Təhsil Nazirliyinin strukturunda Təhsil Nazirliyinin aparat rəhbəri vəzifəsi təsis olunmuş və İ.Pirməmmədov bu vəzifəyə keçirilmişdir. Bu müddətlərdə Təhsil haqqında Qanunun (1992-ci il, 2010-cu il) işlənib hazırlanmasında və bu qanunlara uyğun olaraq bütün pillələr üzrə təhsilin təşkili ilə bağlı zəruri normativ hüquqi sənədlərin hazırlanmasında, müzakirəsində, nazirliyin kollegiya səviyyəsində təsdiq olunmasında bilavasitə işçi qrupun üzvü və ya rəhbəri kimi yaxından iştirak etmişdir.

1998-2003-cü illərdə respublikada qanunsuz fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisələrinin və xarici ölkələrin ali təhsil müəssisələrinin respublikada qanunsuz fəaliyyət göstərən filiallarının aşkar edilib onların fəaliyyətlərinin dayandırılması ilə bağlı yaradılan komissiyaya rəhbərlik etmişdir.

1998-ci ildən başlayaraq ulu öndər Heydər Əliyevin, 2003-cü ildən sonra isə cənab Prezident İlham Əliyevin sərəncamları ilə Təhsil sisteminin inkişafı ilə bağlı təsdiq edilmiş Dövlət proqramlarını hazırlayan işçi qruplarının üzvü olmuş, sonradan bu proqramların həyata keçirilməsi ilə bağlı görülən işlərə nəzarət edilməsində və bu işlərlə bağlı hesabatlar hazırlayıb hökumətə təqdim olunmasına məsul olmuşdur.

İ.Pirməmmədov 2010-cu ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasında doktorluq dissertasiyasını müdafiə etmiş və riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi adını almışdır. 50-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, riyaziyyat və mexanika üzrə 10-dan çox dərslik və dərs vəsaitinin müəllifidir.

İ.Pirməmmədov BDU-nun nəzdində FD.02.016 İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.

Bununla yanaşı İ.Pirməmmədov əvvəllər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 1998-ci ildən isə Bakı Dövlət Universitetinin “Nəzəri mexanika” kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur.

1998-2013-cü illər Təhsil Nazirliyində aparat rəhbəri, 2013-2016-cı illər Təhsil nazirinin müşaviri vəzifələrində çalışmışdır. Bu müddətdə o, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı ölkəmizi bir sıra beynəlxalq konfranslarda, simpoziumlarda və digər mötəbər tədbirlərdə uğurla təmsil etmişdir.

2016-cı ilin yanvar ayından Təhsil nazirinin əmri ilə Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur. İlham Pirməmmədov təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

2015-ci ilin aprel ayında Təhsil nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülmüşdür.

İlham Pirməmmədov tələbəlik illərində (1972-1977-ci illər) Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən idman klubunda güləşin sambo növü ilə məşğul olmuşdur. 5 dəfə Azərbaycan çempionu, SSRİ miqyasında keçirilən ümumittifaq turnirlərinin mükafatçısı və qalibi olmuşdur. O, 1979-cu ildə Qazaxıstanın Karaqanda şəhərində keçirilən ümumittifaq turnirinin qalibi olmuş və güləşin sambo növü üzrə SSRİ idman ustası normativlərini yerinə yetirmişdir. Bunun əsasında SSRİ Nazirlər Sovetinin yanında “Fiziki Mədəniyyət və İdman” Komitəsinin qərarı ilə İlham Teymur oğlu Pirməmmədova güləşin sambo növü üzrə SSRİ idman ustası adı verilmişdir (vəsiqə № 154228).

Ailəlidir, iki oğlu, üç nəvəsi var.

Biz də Mediaxeberleri.Az-ın bütün yaradıcı heyəti adından çox hörmətli İlham müəllimi
ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, şərəfli elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
 

Oxunub: 918
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 11:11 | Minimum əməkhaqqı artacaq? - Video
    Bu gün, 11:09 | Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
    Bu gün, 11:07 | Misli Premyer Liqası: Turun mərkəzi oyununda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək
    Bu gün, 11:05 | “Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
    Bu gün, 11:02 | Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
    Bu gün, 11:00 | Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
    Bu gün, 10:32 | Parklanma yerləri ləğv edilərək bu quruma verildi - VİDEO
    Bu gün, 10:30 | Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
    Bu gün, 10:17 | XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum oldu
    Bu gün, 10:16 | Neft kəskin bahalaşdı
    Dünən, 21:54 | Qazaxda “YAP-ın qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir” başlıqlı konfrans keçirilib
    Dünən, 19:50 | Türk dünyasından Azərbaycana növbəti dəstək
    Dünən, 19:44 | Vətən müharibəsi şəhidi baş gizir Teymur Hacıyev ildönümündə ehtiramla yad edilib
    Dünən, 14:25 | "Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq"
    Dünən, 14:24 | İstanbulda leysan: ölənlərin sayı artdı
    Dünən, 14:06 | “20 Yanvar” və “Şamaxinka”da bu marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
    Dünən, 14:05 | Goranboyda 74 yaşlı kişi güllələnərək öldürüldü
    Dünən, 14:03 | Hüsniyə hakim qarşısına çıxdı - 20 gün həbs...- VİDEO
    Dünən, 13:13 | Sükan arxasında yatdı, ağır qəza törətdi: ölən var
    Dünən, 12:20 | Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi təsdiqlənib - Siyahı
    Dünən, 12:14 | İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub
    Dünən, 12:06 | Mətbuat Şurasına yeni sədr seçildi
    Dünən, 11:34 | Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu
    Dünən, 07:54 | İki rayonda işıq olmayacaq
    Dünən, 07:26 | Əhvalınız pisdirsə, canınız ağrıyırsa... - Məsləhət
    Dünən, 07:24 | Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan
    Dünən, 07:06 | Konfrans Liqası: "Trabzonspor" qalib gəldi, "Ayaks" uduzdu
    15-10-2026, 22:41 | Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO
    15-10-2026, 22:38 | Bakı-Şamaxı yolunda avtomobil aşdı: yaralılar var
    15-10-2026, 22:10 | 65 yaşadək şəxslərə şans: 1350 manat veriləcək
    15-10-2026, 22:04 | İcra başçısı Azadlıq 54 ünvanında və şəhərdə vətəndaşların müraciətini dinləyib
    15-10-2026, 21:58 | Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair Ağstafada müşavirə keçirilib
    15-10-2026, 21:40 | Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi
    15-10-2026, 21:38 | Suriyada qaz kəmərinə zərbə endirildi
    15-10-2026, 21:04 | Azərenerji və Azərişıqdan sabotaj: Mingəçevir layihəsi necə batırıldı - prezidentin iştirakı gecikir
    15-10-2026, 20:53 | Qazaxda icra başçısı dam örtüyü yenilənən evlərə baxış keçirib
    15-10-2026, 20:08 | Baş nazirdən yeni qərar...
    15-10-2026, 20:03 | Onun edamı canlı yayımlanmayacaq - Tramp
    15-10-2026, 20:00 | Husilər prezident sarayına zərbə endirdilər
    15-10-2026, 19:58 | Rusiyadan Navai ilə bağlı Qazaxıstana nota...
    15-10-2026, 19:03 | Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu
    15-10-2026, 19:02 | COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
    15-10-2026, 19:00 | Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb
    15-10-2026, 18:58 | "Azərişıq" və "Azərenerji" arasında ödəniş qaydaları dəyişdirildi
    15-10-2026, 18:56 | Xətai rayonunda mühüm müşavirə keçirildi - Foto
    15-10-2026, 16:18 | Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
    15-10-2026, 16:02 | Saleh Səmədova hökm oxundu
    15-10-2026, 16:01 | Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...
    15-10-2026, 15:55 | 10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir - Foto
    15-10-2026, 14:38 | Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Prezident İlham Əliyev tədbirdə çıxış edib - FOTO - YENİLƏNİB
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.