İran səfiri konsulumuzun həlak olması ilə bağlı başsağlığı verdi
Bu gün İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu Azərbaycanın Təbrizdəki Baş konsulluğunun konsulu Ramil Rza oğlu İmranovun həlak olması ilə bağlı başsağlığı mesajı yayımlayıb. Medıaxeberlerı.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin Teleqram kanalında məlumat verilib. Səfir Ramil İmranovun yol qəzasında həlak olması xəbərini dərin hüznlə qarşıladığını bildirib. O, mərhum diplomatın ailəsinə, yaxınlarına və Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşlarına səmimi başsağlığı verib. Müctəba Dəmirçilu mesajında xidmət vəzifəsini yerinə yetirərkən həyatını itirən diplomat üçün Allahdan rəhmət, ailəsinə və yaxınlarına isə səbir diləyib.
Oxunub: 53
Xəbəri paylaş
Paylaş:





















