İranda güclü zəlzələ oldu
Mayın 21-də İranın Hormozqan əyalətinin Dərgəhan şəhərində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat verir. Məlumata görə, 13:26-da meydana gələn yeraltı təkanların ocağı 20 kilometr dərinlikdə qeydə alınıb. Hələlik hadisə nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmadığı bəlli deyil.
Oxunub: 23
Xəbəri paylaş
Paylaş:





















