ABŞ-İran sazişi: Hörmüz açılır, 60 günlük saziş... – Detallar
ABŞ və İran Hörmüz boğazını yenidən açacaq, İrana qarşı bəzi sanksiyaları yumşaldacaq və İranın nüvə proqramı ilə bağlı danışıqları yenidən başladacaq müvəqqəti 60 günlük saziş imzalamağa yaxındırlar. Medıaxeberlerı.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. “Əvəzində İran boğazdan minaları təmizləyəcək, sərbəst gəmiçiliyə icazə verəcək və uran zənginləşdirilməsinin məhdudlaşdırılması və yüksək dərəcədə zənginləşdirilmiş nüvə materiallarından imtina edilməsi barədə danışıqlara sadiq qalacaq. Layihədə həmçinin İsrail və Hizbullah arasında Livanda döyüşlərə son qoymaq barədə anlaşma da var. Baxmayaraq ki, İsrail sazişin bəzi hissələri ilə bağlı narahatlıqlarını bildirib. ABŞ Prezidenti Donald Tramp və regional vasitəçilər bazar günü sazişi elan etməyə ümid edirlər, lakin rəsmilər danışıqların hələ də həssas olduğunu və son anda uğursuz ola biləcəyini deyirlər”, - məlumatda qeyd olunub. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşma çərçivəsində Hörmüz boğazının açıq qalacağını bildirmişdi.





















