109 nəfərin ölümünə səbəb olan terrorçu Türkiyəyə gətirildi
Türkiyə Milli İstehbarat Təşkilatı Suriyada İŞİD-ə qarşı əməliyyat keçirib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Suriya Kəşfiyyat Xidməti ilə koordinasiyalı şəkildə həyata keçirilən əməliyyat çərçivəsində qırmızı bülletenlə axtarışda olan 10 İŞİD üzvü saxlanılıb. Saxlanılan şəxslərin Türkiyəyə gətirildiyi bildirilib. Araşdırmalar zamanı onların keçmişdə Türkiyədə törədilən müxtəlif terror aktları ilə əlaqəli olduqları müəyyən edilib. Tutulan terrorçulardan - Ömər Dəniz Dündarın isə 2015-ci ildə Ankara Dəmir Yolu Stansiyasında 109 nəfərin ölümünə səbəb olan hücumu təşkil edənlərlə əlaqəsi olduğu ortaya çıxıb.
Oxunub: 66
Xəbəri paylaş
Paylaş:





















