Mediaxeberleri.az
    
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • Bəzi ərazilərdə işıq olmayacaq
    Bəzi ərazilərdə işıq olmayacaq
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi

Son xəbərlər :
  • Fərhad Gündoğdu həbs edildi
  • Prezidentdən Ladislau-Marius Vizerlə bağlı sərəncam
  • Azərbaycana 10 sm qar yağdı - Video
  • Bakıda ərzaq satışı köşkündə yanğın: ölən var
  • Tovuzda dəhşət: Anasının üzərinə benzin tökərək yandırdı
  • ADY-dən yağışlı hava ilə bağlı çağırış
  • Azərbaycan türk dünyası birliyinin gücləndirilməsinə sadiqdir...
  • Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
  • Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
  • Rusiya Cənub körpüsünü vurdu
  • Azərbaycan - Litva oyununu o idarə edəcək
  • ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
  • ABŞ bu ölkəyə yanacaq daşıyan gəmini saxladı
  • Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar
  • DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video
  • YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə
  • “Fənərbağça” Bakıya gəldi - Video
  • “PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu
  • Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
  • Şad xəbər: Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qaradağlı faciəsindən 34 il ötür

  • Tarix: 17-02-2026, 03:34

Bu gün Qaradağlı faciəsinin ildönümüdür. Faciədən 34 il ötür.

Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 34 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub.

1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulub, 1 nəfər öldürülüb, 4 nəfər yaralanıb. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişib.

Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırılıb. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutulub. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak olub. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparılıb.

1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırılıb. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.

1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.

Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, iki nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan səkkiz kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə "Soyqırımı: Qaradağlı", "Soyqırımı Qaradağlı: davam edir..." və "Qaradağlı, mübarizə" sənədli filmləri çəkilib, "Qaradağlı soyqırımı şahidlərin dili ilə" adlı kitab hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.

Xatırladaq ki, kənd 1992-ci il fevralın 17-dən 2020-ci il noyabrın 10-dək Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaradağlı kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçib. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.


Oxunub: 753
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 11:07 | Fərhad Gündoğdu həbs edildi
    Bu gün, 11:05 | Prezidentdən Ladislau-Marius Vizerlə bağlı sərəncam
    Bu gün, 11:03 | Azərbaycana 10 sm qar yağdı - Video
    Bu gün, 11:02 | Bakıda ərzaq satışı köşkündə yanğın: ölən var
    Bu gün, 11:00 | Tovuzda dəhşət: Anasının üzərinə benzin tökərək yandırdı
    Bu gün, 10:59 | ADY-dən yağışlı hava ilə bağlı çağırış
    Bu gün, 10:56 | Azərbaycan türk dünyası birliyinin gücləndirilməsinə sadiqdir...
    Dünən, 21:11 | Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
    Dünən, 20:59 | Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
    Dünən, 20:50 | Rusiya Cənub körpüsünü vurdu
    Dünən, 20:49 | Azərbaycan - Litva oyununu o idarə edəcək
    Dünən, 20:43 | ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
    Dünən, 20:35 | ABŞ bu ölkəyə yanacaq daşıyan gəmini saxladı
    Dünən, 20:33 | Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar
    Dünən, 20:27 | DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video
    Dünən, 20:25 | YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə
    Dünən, 20:23 | “Fənərbağça” Bakıya gəldi - Video
    Dünən, 18:58 | “PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu
    Dünən, 16:35 | Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
    Dünən, 16:14 | Şad xəbər: Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək
    Dünən, 16:11 | Bakı Metropoliteninə yeni səlahiyyət verildi
    Dünən, 16:10 | YAP Təftiş Komissiyasının yeni tərkibi - Adlar
    Dünən, 16:08 | Azərbaycanda 524 sənaye müəssisəsi bağlandı
    Dünən, 13:25 | Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatdı - YENİLƏNİB
    Dünən, 13:19 | Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
    Dünən, 13:17 | Ermənistana keçən əsgərimiz... - İki versiya var
    Dünən, 13:16 | Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır
    Dünən, 13:15 | Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər
    Dünən, 08:39 | Sərhədi keçdiyi deyilən hərbçimizlə bağlı şok iddia...
    Dünən, 08:35 | Ukrayna fəlakətin astanasında: 52 milyondan 20 milyona...
    Dünən, 08:33 | Nazirə sərt sual: Prezidentin qoyduğu hədəf niyə yerinə yetirilmir?
    Dünən, 08:04 | Millətlər Liqasında mübarizə gərginləşir: Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
    Dünən, 07:44 | “13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə
    Dünən, 07:42 | Toyuq əti də bahalaşdı - VİDEO
    Dünən, 07:40 | Putin xəbərdarlıq etdi: Ölüm, ya qalım həddində...
    Dünən, 07:38 | Bakıda dünya rekordu yeniləndi
    1-10-2026, 23:37 | Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı
    1-10-2026, 22:56 | Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramı Ağstafada qeyd olunub
    1-10-2026, 21:53 | Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
    1-10-2026, 21:17 | İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib
    1-10-2026, 18:18 | “Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb - FOTO
    1-10-2026, 18:15 | Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - VİDEO
    1-10-2026, 18:13 | Gəncədə zəhərlənən şagirdlərin sayı 7-yə çatdı
    1-10-2026, 17:40 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    1-10-2026, 16:59 | Tiflisə getmək istəyənlərə şad xəbər!
    1-10-2026, 16:56 | Ağstafada şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
    1-10-2026, 15:22 | İŞSİZ QALANLARA MADDİ DƏSTƏK... - Kimlər və nə qədər pul ala bilər?
    1-10-2026, 15:19 | 400 manata 15 saat: "Sevimli dad" işçi axtarır, yoxsa nökər?
    1-10-2026, 14:30 | Müəllimlərə 5 Oktyabrda birdəfəlik mükafat veriləcək?
    1-10-2026, 14:10 | Sabah güclü yağış yağacaq
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.