“Hökumət elə “gözəl” şərait yaradıb ki...” - Azərbaycan qərənfili də xaricdən almağa başlayıb
Azərbaycanın idxaldan asılılığı o həddə çatıb ki, artıq ölkəmiz ənənəvi olaraq ixrac etdiyi bəzi məhsulları belə xaricdən almağa başlayıb. Bunların arasında bir vaxtlar Abşeron yarımadasında kütləvi şəkildə becərilən və daha çox Rusiyaya aparılan qərənfil də var… Mediaxeberleri.Az xəbər verir ki, bu mövzuyla bağlı iqtisadçı Natiq Cəfərlinin paylaşımında deyilir: “Millət, gözümüz aydın olsun, Azərbaycan xarici ölkələrdən, o cümlədən Efiopiyadan qərənfil almağa başlayıb – 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 188 min ABŞ dolları dəyərində 2,72 milyon ədəd qərənfil gətirilib. Gömrük sənədlərinə əsaslansaq, 2 mln. 720 min ədəd qərənfilə 319 min 600 manat vəsait ödənilib, yəni, 1 qərənfil ölkəyə, təqribən, 12 qəpiyə başa gəlib. Ölkədə bu məhsul başa gəldiyi qiymətdən 5-6 dəfə baha satılır – bu ayrı problemdir. Əsas məsələ odur ki, SSRİ dövründə 270 milyonluq sovetləri Azərbaycan, az qala, təkbaşına qərənfillə təmin edirdi, amma indi Efiopiyadan gül almağa məcburuq. Çünki, daxili istehsal sərfəli deyil, hökumət elə “gözəl” şərait “yaradıb” ki, ölkədə istehsalla, əkin-biçinlə məşğul olmaq gəlirli deyil...” “AzPolitika.info”





















