Ezamiyyə üçün ayrılan pulun artırılması təklif edilir - VİDEO
Ezamiyyə xərcləri ilə bağlı tariflər 5 ildir ki, artırılmır. Mediaxeberleri.Az-ın məlumatına görə, Nazirlər Kabinetinin 2018-ci ildə qəbul etdiyi “Ezamiyyə xərclərinin normaları haqqında” qərara əsasən 1 günlük norma Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 70 manat, digər şəhər və rayonlarda isə 65 manat təyin olunub. Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Vüqar Bayramov deyir ki, son illərdəki qiymət artımına nəzər saldıqda hazırkı ezamiyyə xərcləri kifayət qədər aşağı hesab olunur. Millət vəkilinin sözlərinə görə, ezamiyyə ilə bağlı qaydaların yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var. Millət vəkili bildirib ki, həm ölkədaxili, həm də xarici səfərlər üçün ezamiyyə xərclərinin artırılması məsələsi yenidən Milli Məclisdə gündəmə gətiriləcək. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: