"Temu" Azərbaycan milli dəyərlərinə hörmətsizlik edir - FOTO
Son günlər Azərbaycanda ictimaiyyət "Temu" onlayn alış-veriş platformasında satışa çıxarılan bəzi məhsullarla bağlı ciddi narazılıq ifadə edib.
Mediaxeberleri.Az milli.az-a istinadən xəbər verir ki, Azərbaycan xalqı üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyan 8 Noyabr - Zəfər Günü və Zəfər abidəsinə aid simvolların hamam aksesuarları, corablar və unitaz üçün ayaqaltılar üzərində təsvir olunması geniş müzakirələrə səbəb olub.
Sözügedən məhsulların bu formada istifadəsi cəmiyyətin böyük bir hissəsi tərəfindən milli dəyərlərə və tarixi yaddaşa hörmətsizlik kimi qiymətləndirilib. Sosial şəbəkələrdə və müxtəlif platformalarda mövzu ilə bağlı narazılıqlar səsləndirilib, aidiyyəti qurumların məsələyə münasibət bildirməsi tələb olunub.
Qeyd olunur ki, bu cür halların qarşısının alınması və milli-mənəvi dəyərlərə hörmət prinsiplərinin qorunması ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır.





















