Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı
Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klnik Xəstəxanasından evə buraxılıb.

Bu barədə Xalq şairinin köməkçisi Aref Mehmandost məlumat verib.
" Həftədə bir dəfə dializ olunacaq. Bundan əlavə, evdə mütəmadi olaraq həkim müayinə edəcək", - deyə Xalq şairinin köməkçisi bildirib.
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi./APA
Oxunub: 42
Xəbəri paylaş
Paylaş:





















