Psixatriya xəstəxanasında dəhşət: Tibb işçisini öldürüb qaçdılar
Rusiyada maraqlı hadisə baş verib. Mediaxeberleri.Az V1.ru-ya istinadən xəbər verir ki, Kalaçevski rayonunun Loqovski kəndindəki psixiatriya xəstəxanasında olan məhkumlar sanitar işçini öldürərək qaçıblar. Nəşr mənbəsinə istinad edib. Məlumata görə, insidenti iki xəstə törədib və onlar əvvəllər Kamışinski rayonunun Dvoryanskoye kəndində məcburi müalicə alıblar. Daha sonra onlar Luqovskoyedəki psixiatriya klinikasının ümumi palatasına köçürülüblər. Başqa bir mənbə isə bildirib ki, məhkumlardan biri məhkəmədən dərhal sonra Loqovskidəki klinikaya müalicə üçün göndərilibmiş. "Cinayətkarların adi insanlar, zəif təqaüdçülərlə bir yerdə saxlanılması, həmin müəssisəyə ötürülməsi böyük bir sual doğurur. Bu necə mümkün olur axı?",- deyə mənbə öz qəzəbini gizlətməyib. Qeyd edilib ki, dekabrın 27-si səhər saatlarında tibb işçisi yuxuda olarkən xəstələr onun üzərində olan açarları götürərək qaçdılar. Tibb işçisinin bədənində səkkiz bıçaq yarası aşkar edilib. Xəstəxaandan qaçanlar bir neçə saat sonra tutulublar. Hələlik bu barədə rəsmi məlumat yayılmayıb. Yerli media əvvəllər də eyni müəssisədən xəstələrin qaçdığını yazıb.





















