“QHT işi”: Şəhla İsmayıl da təqsirləndirilən şəxs qismində tanındı
Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl da Baş Prokurorluqda istintaqı gedən yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Mediaxeberleri.Az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. Şəhla İsmayılın təqsirləndirilən şəxs qismində tanınması oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarovanın işinə baxılarkən məlum olub.
Oxunub: 58
Xəbəri paylaş
Paylaş: