Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"ə uduzdu
  • "Liverpul" Türkiyədə büdrədi, "Fənərbağça"dan vacib qələbə
  • Şəhid Bilal Qənbərovun son arzusu: "Şuşaya bayraq sancıb qayıdacağam" - Video
  • Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat
  • Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
  • Azərbaycanda ova gedən restoran sahibinin meyiti tapıldı
  • Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
  • Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Dünyaya günəş kimi doğan Azərbaycan” mövzusunda tədbir keçirilib
  • Fermerlərin və əkin sahələri olanların diqqətinə: Dəstək artırılır
  • Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
  • Büdcəyə bu vergidən daxilolmalar azalacaq
  • Biz əməkdaşlığa can atırıq - Putin
  • Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
  • Azərbaycanda təbii qaz hasilatında artım
  • Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
  • Valideyn qocalanda övlad baxmaq istəmirsə, cəzası varmı? - ARAŞDIRMA
  • Vətən müharibəsi şəhidi Babək Həsənovun ildönümündə əziz xatirəsi ehtiramla anılıb
  • Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
  • UEFA Gənclər Liqası: “Qarabağ” mübarizəni dayandırdı
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İradə Musayeva: özü də, sözü də unudulmaz...

  • Tarix: 9-09-2025, 19:58

Məti OSMANOĞLU

Mədəniyyətə, ədəbiyyata yanaşmasına, düşüncəsinə, yazdıqlarına ciddi əhəmiyyət verdiyin insan haqqında xatirə söyləmək, "son mənəvi borc ödəmək" ağır və çətin işdir. Gəncliyindən yaxşı tanıdığım (universitetdə kiçik qardaşımla eyni kursda oxumuşdular), son zamanlar ədəbiyyatşünas kimi fəal ünsiyyətdə olduğum İradə xanım Musayeva haqqında vida yazısı yazmaq isə daha ağır, daha çətindir. Çünki İradə xanım oxucunu dialoqa, müzakirə aparmağa, mövqeləri aydınlaşdırmağa təhrik edən ədəbiyyatşünas idi. Bu onun xarakterinin və yaradıcılığının özünəməxsusluğu, necə deyərlər, yaşamaq tərzi, üslubu idi.

Onun yazılarında yalnız tənqidçi mülahizələri yox, düşünən, sual verən, cavab axtaran bir insanın səsi var. Bu mənada İradə Musayevanın elmi yaradıcılığı ədəbiyyatla, oxucu ilə, zamanla, ən əsası isə millətin yaddaşı ilə bir dialoqdur. Onun həyatdan tez ayrılması həmin dialoqu yarımçıq qoydu, amma şübhə etmirəm ki, qaldırdığı suallar, toxunduğu mövzular, səsləndirdiyi fikirlər hələ uzun müddət gündəlikdə qalacaq, müzakirə ediləcək.

Azərbaycan ədəbiyyatının aktual problemlərini, fərqli təmayüllərini nəzərindən qaçırmayan, milli ədəbiyyatımıza dünya ədəbiyyatının və müasir zamanın pəncərəsindən baxmağa çalışan İradə Musayeva meydanı vaxtsız tərk etdi və özündən sonra böyük bir boşluq buraxdı.

Bu gün biz onun fiziki yoxluğundan danışarkən yazılarında, dostlarının, tələbələrinin yaddaşında, mədəni mühitin düşüncəsində yaşayan varlığını daha yaxından hiss edirik. Düşünürəm ki, İradə xanımın başladığı dialoqu davam etdirmək, genişləndirmək və gələcək nəsillərə ötürmək bizim borcumuzdur.

Onun düşüncə tərzi xüsusilə sovet ideologiyasının təzyiqi altında formalaşmış elmi mirasın qəliblərindən kənara çıxmağı, ənənəvi baxış bucaqlarını yenidən nəzərdən keçirməyi, zəmanənin ritmini tutmağı tələb edirdi. İradə xanım "Roman təfəkkürü və janrın Azərbaycan ədəbiyyatında təkamülü" mövzusunda doktorluq dissertasiyası üzərində işləyərkən hökm verməkdən, "son və qəti qərar" çıxartmaqdan daha çox, durğunlaşmış filoloji fikirdə "dalğalanma" yaratmağa, təsəvvürləri yerindən tərpətməyə, düşüncələri "diksindirməyə" üstünlük verirdi. O, ədəbiyyata yalnız mətnlərin məcmusu kimi yanaşmırdı, bədii sözü həm də milli-mənəvi yaddaşın, ictimai həyatın, qlobal çağırışların oxunuşu kimi qəbul edirdi. Bu baxımdan onun yazılarında tənqidçi, publisist, ən başlıcası da maarifçi mövqeyi aydın görünməkdədir.

Əslində, onun bir insan kimi əsas missiyası maarifçilik idi - müsahibələrinin birində dediyi kimi: "Mənim yazmaq istədiyim və yazdığım hər söz, hər cümlə məhz Azərbaycan insanının düşüncəsinə zərrə qədər də olsa təsir etmək məqsədi daşıyır".

Bu etiraf onun həyat və yaradıcılıq amalının açarı idi. O, bədii sözə yalnız ifadə vasitəsi kimi deyil, düşüncəni oyadan, toplum şüurunu silkələyən, insanı mənəvi cəhətdən formalaşdıran ecazkar qüvvə kimi baxırdı. Bu baxımdan İradə Musayevanın missiyası XIX əsr maarifçilərinin çağırışları ilə, xüsusilə Həsən bəy Zərdabinin sözləri ilə səsləşirdi: "Hər kəsi çağırıram - gəlmir, göstərirəm - görmür, deyirəm - qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən qeyri bir əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın".

Zərdabinin bu harayı Azərbaycan cəmiyyətində maarifçiliyin tarixi bir missiya olduğunu göstərir. İradə Musayeva isə XXI əsrin reallığında, fərqli dövrün fərqli ictimai şərtləri içində, amma sözün yaxşılığa doğru dəyişdirici gücünə eyni inamla bu missiyanın varisliyini öz üzərinə götürmüşdü. Onun yazılarında təmsilçisi olduğu missiyanın ən böyük ünvanlarından biri milli yaddaş idi. O, yaddaşı yalnız xatırlama forması kimi yox, həm də gələcəyə işıq salan, cəmiyyətin kimliyini qoruyan bir dəyər kimi görürdü. Elə bu səbəbdən də həyatının və elmi yaradıcılığının mühüm bir qismini "Ədəbiyyatşünaslığın klassik irs problemi"nə həsr etdi.

O, Azərbaycan klassik irsinə, milli ədəbiyyata lokal hadisə kimi deyil, dünya mədəniyyətinin ayrılmaz hissəsi kimi baxırdı. Onun yazılarında xüsusilə Ceyms Coys, Corc Oruell, Marsel Prust, Remark, Qabriel Qarsia Markes, Svetlana Aleksiyeviç, Əlif Şəfəq kimi yazıçıları Azərbaycan oxucusu üçün təhlil və şərh etmək təşəbbüsü milli mədəni yaddaşın qorunması ilə yanaşı, dünyaya açılmaq, Azərbaycanın sözünü yeni intellektual meydanda təmsil etmək niyyətindən irəli gəlirdi. Bu cəsarətli təşəbbüslər bəzən onun özünə qarşı çevrilirdi. Çünki İradə Musayeva "toxunulmazlığın", sovet ədəbiyyatında çoxdan "qanuniləşmiş" yozumların sərhədini aşaraq illər boyu kölgədə saxlanmış mövzulara işıq salır, "toxunulmazların" mənafeyinə toxunaraq daha riskli, daha mübahisəli məsələləri gündəliyə gətirirdi. Onun yazılarında cəsarətin və intellektual məsuliyyətin xüsusi bir sintezi vardı. O, tənqid etməklə bərabər, irəli sürdüyü məsələlərin mahiyyətini, tarixi köklərini, gələcək perspektivlərini də göstərməyə çalışırdı.

İradə xanımın gündəliyə gətirdiyi ən ciddi problemlərdən biri dünya klassik irsinin Azərbaycan dilinə tərcüməsidir. O buna sadəcə ədəbi problem kimi deyil, milli mədəniyyətin taleyinə, gələcək nəsillərin dünyagörüşünə təsir edən strateji məsələ kimi baxırdı. Müstəqil Azərbaycanın yeni əsrdə Rusiyadan mənəvi cəhətdən qopub uzaqlaşması, özünün müstəqil mədəni kimliyini qurmaq perspektivi bu problemi daha da aktuallaşdırırdı. Sovet dövründə rus dilinin hegemonluğu Azərbaycan oxucusunun dünya ədəbiyyatı ilə ünsiyyətində vasitəçi rolunu oynayırdı, bu, mədəni həyatdakı böyük bir boşluğun üstünün örtülməsinə şərait yaradırdı. Azərbaycan oxucusu xüsusilə müasir yazıçıları çox vaxt rus dilində oxuyub tanıyırdı. Bu isə həm estetik duyumda, həm də milli bədii təfəkkürün, eləcə də bədii dilin inkişafında müəyyən itkilərə səbəb olmaqda idi.

Yeni əsrdə qarşıda dayanan dövlət əhəmiyyətli mühüm vəzifələrdən biri bu boşluğu aradan qaldırmaq idi. İradə xanım Azərbaycan dilinin təəssübkeşi kimi tərcümə sahəsindəki çatışmazlıqları aydın görür və cəsarətlə göstərirdi. O, mövcud vəziyyəti təsvir etməklə, faktları sadalamaqla kifayətlənmir, həm də "dil vasitəçiliyinin" doğurduğu təhlükəni - milli ədəbiyyatın qlobal ədəbi məkanla birbaşa təmasa keçə bilməməsini qabardırdı. Onun mövqeyində aydın şəkildə görünürdü ki, orijinaldan tərcümə yalnız estetik zövqün deyil, həm də milli kimliyin qorunmasının mühüm şərtlərindən biridir.

Məhz bu baxımdan İradə Musayeva mifləri yıxmaqdan, tabuları sarsıtmaqdan, elliklə "qəbul olunmuş" həqiqətlərin arxasında gizlənən susqunluqları dilə gətirməkdən, ədəbi-elmi mühitdə uzun illərdir formalaşmış rahat "konsensusu" yerindən oynatmaqdan çəkinmirdi. Bu isə təbii olaraq ona qarşı "müqavimət cəbhəsinin" yaranmasına, bəzən barışmaz münasibətlərin ortaya çıxmasına səbəb olurdu. Əslində bu müqavimət onun sözünün çəkisini, mövqeyinin prinsipiallığını daha aydın göstərirdi.Tarix boyu belə olub və indi də belədir: öz dövründə müqavimətlə üzləşən hər bir maarifçinin səsi zaman keçdikcə daha aydın eşidilir...

İradə Musayevanın xeyrinə dəyişən zaman göstərir ki, onun düşüncə və yazı tərzi ədəbi mühitdə biganəlik doğurmadı, ona opponentlər qazandırdığı kimi, tərəfdarlar da qazandırdı. Bu mənada İradə xanımın yazdıqları filoloji mühitdə "dalğalanma" yaradır, yeni suallar qoyur, düşüncələri hərəkətə gətirirdi. İnsanı hərəkətə gətirmək, düşünməyə vadar etmək onun maarifçi missiyasının əsas məqsədi idi.

İradə Musayevanı düşündürən problemlərdən biri də bəzən şərqli təəssübkeşliyinin bəhanə edilərək özünü dünyaya qapamaq təhlükəsi idi. Onun mövqeyinə görə, milli ədəbiyyatın inkişafı Qərbi inkarla deyil, onun təcrübəsini mənimsəməklə mümkündür; qapalı Şərq təəssübkeşliyi, "labirintdən çıxa bilməyən şərqli təfəkkürü" bizi geriyə aparır, açıq dünyəvilik və inteqrasiya isə milli sözün bədii-fəlsəfi miqyasını genişləndirir.

Təsadüfi deyil ki, İradə xanımdan yadigar qalan həcmcə də, elmi tutum etibarilə də ən böyük kitab "XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz" adlanır. Nəzəri cəhətdən Azərbaycan ədəbiyyatı haqqında yeni parametrlərlə düşünməyin nümunəsi olan bu kitab həm də müəllifin həyat amalının, yaradıcılıq kredosunun ifadəsidir. Bu qənaətdəyəm ki, İradə Musayevanın şəxsiyyətinin güzgüsü olan, milli yaddaşa sədaqəti və müasir dövrün çağırışlarına cavab vermək iradəsini ehtiva edən "XXI əsrdən baxış..." onun həm nəzəri, həm də mənəvi manifestidir.

Kitabda toxunulan mövzular, qaldırılan məsələlər, səslənən fikirlər müasir Azərbaycan ədəbiyyatının mənzərəsini əks etdirməklə yanaşı, bizi müəllifin həyat fəlsəfəsi ilə tanış edir. Sözə və oxucuya sevgi, yeni nəslin ədəbi düşüncəsini formalaşdırmaq arzusu onun şəxsiyyətinin əsas keyfiyyəti idi.

...Vahid Qazinin "Ruhlar şəhəri" kitabı haqqında essesi İradə xanımın bütün yazılarından fərqlənir. "Ağdam tamaşasına bilet" adlı bu yazını fərqləndirən, İradə xanımın bir insan kimi xarakterinin incə məqamlarını üzə çıxarmasıdır. Bütün yazılarında soyuq mühakimə, kəskin mövqe hakim olan İradə xanım "Ruhlar şəhəri" haqqında zərif, kövrək və qəhərlənmiş qadın kimi (məhz qadın kimi!) danışır. O, "Ruhlar şəhəri"ni sadəcə bir müəllifin xatirələri kimi deyil, bütöv bir xalqın yaddaşını silkələyən əsər kimi görür. Yazıda Çingiz Aytmatovun "manqurd" obrazına işarə olunması da təsadüf deyil - İradə xanım üçün Vahid Qazinin kitabı milli kimliyin qorunması uğrunda bir yaddaş çağırışıdır. Yazıda Vahid Qazinin səsi ilə yanaşı, İradə xanımın da daxili səsi, zamanın ağrısını daşıyan qadın həssaslığı duyulur. Bu, onun intellektual sərtliyini bir anlığa kölgədə qoyur və daha məhrəm, insani simasını işıqlandırır. Bu ikiliyin - intellektual sərtlik ilə insani kövrəkliyin harmoniyası onun oxucu ilə bağını daha da möhkəmləndirir.

Bütün yazılarında Şərqli-Qərbli, Cənublu-Şimallı dünyanın, dünyanın bir parçası olan Azərbaycanın vətəndaşı kimi çıxış edən İradə xanımın bu yazıda ağdamlı səsini eşidirik. O, məqalənin sonunda Vahid Qazinin kitabından sitat gətirir: "Heç bilirsənmi Ağdamı xəyallarımda neçə dəfə tikmişəm?… Mənimlə Ağdamı tikməyə gedərsənmi?"…

Bu qırıq cümlələr İradə xanımın qəlbindəki həsrətin nişanəsi kimi yadda qalır.

İndi böyük quruculuq işləri gedən Ağdam yenidən böyük, hərəkətli şəhər olacaq. "Ruhlar şəhəri"nin ağrısı və İradə xanımın "Ağdam tamaşasına bilet"i isə insanlıq boyu yaşayacaq, yaddaşımızda daim yenidən səslənəcək. "Ruhlar şəhəri"ndəki "Ağdam tamaşası"nın ağrısı bizdən sonra gələnləri də qəhərləndirəcək.


Oxunub: 866
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 01:31 | UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"ə uduzdu
    Bu gün, 01:04 | "Liverpul" Türkiyədə büdrədi, "Fənərbağça"dan vacib qələbə
    Bu gün, 01:01 | Şəhid Bilal Qənbərovun son arzusu: "Şuşaya bayraq sancıb qayıdacağam" - Video
    Bu gün, 00:57 | Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat
    Dünən, 22:54 | Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
    Dünən, 22:52 | Azərbaycanda ova gedən restoran sahibinin meyiti tapıldı
    Dünən, 22:50 | Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
    Dünən, 22:48 | Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Dünyaya günəş kimi doğan Azərbaycan” mövzusunda tədbir keçirilib
    Dünən, 22:21 | Fermerlərin və əkin sahələri olanların diqqətinə: Dəstək artırılır
    Dünən, 21:10 | Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
    Dünən, 21:02 | Büdcəyə bu vergidən daxilolmalar azalacaq
    Dünən, 20:57 | Biz əməkdaşlığa can atırıq - Putin
    Dünən, 20:49 | Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
    Dünən, 20:46 | Azərbaycanda təbii qaz hasilatında artım
    Dünən, 20:24 | Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
    Dünən, 19:43 | Valideyn qocalanda övlad baxmaq istəmirsə, cəzası varmı? - ARAŞDIRMA
    Dünən, 19:39 | Vətən müharibəsi şəhidi Babək Həsənovun ildönümündə əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 19:16 | Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
    Dünən, 19:02 | UEFA Gənclər Liqası: “Qarabağ” mübarizəni dayandırdı
    Dünən, 18:58 | TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    Dünən, 18:54 | Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
    Dünən, 18:52 | KTMT Ermənistanın hüquqlarını dondurmağa hazırlaşır - İrəvan isə təşkilatdan uzaqlaşır
    Dünən, 18:51 | Prezident İlham Əliyevə təbriklər gəlir - Yenilənir
    Dünən, 18:11 | Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi - SİYAHI
    Dünən, 16:57 | Nazirlik: Sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər yekun xarakter daşımır
    Dünən, 16:49 | Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - FOTO
    Dünən, 16:44 | Prezidentə təbriklər davam edir
    Dünən, 16:41 | Tiflisdə telekanal binası yanır - Foto
    Dünən, 14:33 | Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejiminə keçir
    Dünən, 14:31 | Bakıda BMV klinikaya çırpıldı - Foto
    Dünən, 14:30 | Gələn il pensiyalar neçə faiz artacaq?
    Dünən, 13:51 | "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq
    Dünən, 13:06 | 2027-ci ildə orta illik inflyasiya... - Nazir
    Dünən, 13:05 | Makler qadının 163 min manatını ələ keçirdi
    Dünən, 13:03 | Yağış yağacaq, temperatur 10 dərəcə düşəcək – Xəbərdarlıq
    Dünən, 12:10 | Ağstafada bilik yarışı keçirilib
    Dünən, 11:20 | Ağstafada “Tarix yazan qəhrəmanlar” adlı ümumrayon tədbiri keçirildi - Fotolar
    Dünən, 11:07 | Qazaxda bıçaqlanan kişi Səməd Vurğunun qohumudur - Təfərrüat
    Dünən, 07:54 | Bu, insanı qocaldır - Diqqət!
    Dünən, 07:53 | Bu gün üç rayonda qaz olmayacaq
    3-11-2026, 23:42 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"ı məğlub etdi
    3-11-2026, 22:48 | "Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
    3-11-2026, 21:38 | Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
    3-11-2026, 21:34 | Füzuli Memorial Kompleksin tikintisi 13.1 milyon manata başa gələcək
    3-11-2026, 21:28 | İcra başçısı ixtisarlara başladı: Birinci müavin vəzifəsindən azad edildi
    3-11-2026, 21:23 | Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    3-11-2026, 21:20 | Şirvanın Vüqarı
    3-11-2026, 21:17 | “Qalatasaray” “Ştutqart”a qarşı - Start heyətlər
    3-11-2026, 21:12 | İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır: Rəsmi - Foto
    3-11-2026, 21:09 | QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.