"Sabah" "Şamaxı"ya, "Zirə" "Qəbələ"yə qalib gəldi
Misli Premyer Liqasında 30-cu turun oyunları davam edir. Mediuaxeberleri.Az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb. Ötən tur çempionluğunu rəsmiləşdirən "Sabah" səfərdə "Şamaxı" ilə qarşılaşıb. Matç "Sabah"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Sabah" 2:1 hesabı ilə qalib gəlib, ikinci dövrədəki görüşdə isə qolsuz heç-heçə qeydə alınıb. Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib. "Neftçi" ilə 4-cü yer uğrunda mübarizə aparan "Zirə", həmçinin Premyer Liqada qalmağa çalışan "Qəbələ" üçün son dərəcə vacib olan qələbəni Rəşad Sadıqovun komandası əldə edib. Komandaların ilk dövrədəki oyununda "Zirə" (1:0), ikinci dövrədəki görüşdə isə "Şamaxı" (2:1) qalib gəlib. 3 may (bazar) 18:30. “Zirə” - “Qəbələ” - 1:0 Qol: Junior Martins, 78 Zirə İdman Kompleksi 16:00. “Şamaxı” - “Sabah” - 0:3 Qol: Stiv Solvet, 37, Coy Lens Mikels, 77, Umarali Raxmonaliyev, 90-pen. Şamaxı şəhər stadionu 2 may (şənbə) “Araz-Naxçıvan” - “İmişli” - 0:1 “Kəpəz” - “Sumqayıt” - 2:1 4 may (bazar ertəsi) 19:30. “Qarabağ” - “Turan Tovuz” 5 may (çərşənbə axşamı) 16:00. “Karvan-Yevlax” - “Neftçi” Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 19 qol Bassalu Sambu ("Neftçi") - 11 qol Velko Şimiç (“Sabah”) - 11 qol Joarlem Santos ("Turan Tovuz") - 10 qol Emin Mahmudov ("Neftçi") - 9 qol Karim Rossi ("Şamaxı") - 9 qol






















