Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
  • "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
  • Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
  • Rəşad Məcidə ağır itki
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

"Qafqazın gələcəyi Bakıdan müəyyən olunur" - Millət vəkilinin YAZISI

  • Tarix: 4-05-2026, 20:02

Zahid Oruc,

Millət vəkili

Avropa məkanında formalaşmaqda olan yeni siyasi reallıqların və onların Cənubi Qafqaza, xüsusilə də regionumuzun gələcəyinə təsirinin müzakirə olunduğu İrəvan Avropa Siyasi Birliyi sammiti daha geniş geosiyasi proseslərin tərkib hissəsidir.

İlk növbədə platformanın mahiyyətinə diqqət yetirmək lazımdır. Avropa Siyasi Birliyi klassik mənada institusional struktur deyil, daha çox Avropa İttifaqına daxil olmayan, lakin Avropa siyasi və təhlükəsizlik arxitekturasında yer almaq istəyən ölkələrin dialoq meydanıdır. Burada həm keçmiş Şərq Tərəfdaşlığı ölkələri, həm də fərqli geosiyasi kursa malik dövlətlər təmsil olunur. Qitədə yeni əməkdaşlıq modeli formalaşır.

Eyni zamanda yeni geosiyasi birliyin yaranmasının arxasında açıq şəkildə bir strateji xətt dayanır — Rusiyanın təsir imkanlarının məhdudlaşdırılması və alternativ siyasi xəttin aparılması. Reallıq artıq gizli deyil və bəzən gündəliklərdə də açıq şəkildə hiss olunur.

İrəvan sammitinin xüsusi əhəmiyyəti isə onun Vətən müharibəsində qələbəmizin nəticəsinin, onun atmosferinin hökmranlığı və yekunlarının legitimliyinin qəbul edilməsidir. İlham Əliyevin - qalib Azərbaycan liderinin onlayn platforma üzərindən, lakin Qafqazın xilaskarı və çoxəsrlik düşmənçiliyə son qoyan, yeni dünya düzəninin arxitekturası üçün ədalətli modelin müəllifi statusunda İrəvan sammitində iştirakı mühüm hadisədir.

İrəvanın tarixində son 200 ildə bir başqa qalib azərbaycanlı liderin bütün Qafqazın xilasına yönələn çıxışı eşidilməyib. Göründüyü kimi, Ali Baş Komandan uzun on illər Qərb dövlətlərinin də yer aldığı və indi avroparlamentarilər tərəfindən gücləndirilən xətti mühakimə edərkən, əsla erməni xalqını məğlubiyyətə görə aşağılayan leksikon seçmədi. Hərçənd, qələbəmizin təminatçısı kimi mənəvi-siyasi haqq etdiyimiz mövqe daha diqtəedici tonda seçilsəydi belə, yenə də alqışlanmağa layiq olardı. Lakin Azərbaycanın Cənubi Qafqazın gələcəyini nəzərə alaraq qarşıdurma ruhundan fərqli əməkdaşlıq iradəsi və gələcək inteqrasiya strategiyası qabardıldı. Sammitdə ölkəmizə yüksək münasibətləri olan tərəflər ikinci-üçüncü ranqlı təmsilçinin deyil, ölkə rəhbərinin şəxsən iştirak jestini, mərdliyini, dialoq tonallığını və barış ruhunu razılıqla qarşıladılar.

Digər tərəfdən, Paşinyan özü də təsdiqlədi ki, əslində onun ölkəsində seçki və hakimiyyətin gələcək taleyi üçün mühüm olan zirvə görüşü qərarı İlham Əliyevin razılığı ilə müəyyənləşib. Ona görə də yetərincə güclü siyasi dəstək nümayişinə Paris, London və digər paytaxtlardan münasibət əvəzinə, hazırkı erməni hökumətinin rəqibləri və düşmənləri rəsmi Bakının qərarlarını daha çox qabardırlar. Yəni, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və yanacaq məhsullarının iqtisadi təsirləri həqiqətən İrəvanın, onun üzərində əsrlərlə hökmranlıq quranlardan azad olmasında mühüm siyasətdir.

Paşinyanın çıxışında xüsusi yer tutan TRİP və regional kommunikasiyaların açılması məsələsi də Azərbaycanla bağlıdır. Sammitdə digər iştirakçılar da çıxışlarında məhz yeni regional reallıqları qəbul edərək, Bakı əleyhinə mövqe tutmurlar. Kanada, İrlandiya baş nazirləri, Ukrayna Prezidenti və Avropa İttifaqının sədri Antonio Koştanın Azərbaycanla sülh prosesini alqışlaması, İtaliya Baş nazirin İrəvandan Bakıya rəsmi səfərə gəlməsi yeni regional geosiyasi proseslərin sübutudur. Bir vaxtlar müharibə planları ilə Qafqaza yanaşan, Makronun dediyi kimi, müttəfiqinə 8 il əvvəl satellit kimi baxan Paris belə dəyişikliyi qəbul edir. Ona görə də faktiki olaraq İrəvanın gələcək siyasi təhlükəsizliyi Bakıda - İlham Əliyev tərəfindən müəyyən olunur.

Müharibədən sonra yaranmış vəziyyət Azərbaycanın regional güc mərkəzi kimi mövqeyini möhkəmləndirib. Qlobal sülh prosesində ölkəmizin iştirakı Qarabağ Zəfərindən sonra yeni məna qazanıb.

Ermənistanın gələcək inkişaf modeli artıq kənar paytaxtlarda formalaşa bilməz. Sülh gündəliyinin ön plana çıxarılması, kommunikasiya xətlərinin açılması və ticarət əlaqələrinin genişləndirilməsi kimi məsələlər məhz İlham Əliyevin yeni Qafqaz geosiyasətinin nəticəsidir. Başqa sözlə desək, regionun gələcək təhlükəsizlik və əməkdaşlıq modeli artıq qarşılıqlı razılaşmalar üzərində qurulsa da, prosesdə Azərbaycanın rolu həlledici olaraq qalır.

Avropa Siyasi Birliyi kimi platformalar isə dialoqu genişləndirə və siyasi körpülər qurmaq baxımından əhəmiyyətli rol oynaya bilər.

Nəticə etibarilə İrəvan sammiti bir daha göstərdi ki, regionda yeni siyasi mərhələ İlham Əliyevin Qərb liderləri ilə açıq dialoqundan və uzun illər əleyhimizə aparılan sistemli kampaniyanın dayandırılmasından keçir. Ermənistana birtərəfli hərbi-maliyyə baxımından himayə xətti artıq işləmir. Əksinə, İrəvana zərbə vurur və əslində düşmənlər Parisdə 11–12 apreldə 22 dövlətdən 200 nəfərə qədər iştirakçı ilə regiona qayıtmağa çalışan müharibə partiyası tərəfdarlarıdır.

İrəvanda seçkiləri Rusiya–Avropa toqquşmasına çevirmək də bölgə üçün əlavə risklər yaradır. Ona görə də İrəvanda dominant rol Bakı ilə yeni, lakin kövrək bağların möhkəm saxlanılmasından keçir. Tarixin məntiqinə zidd getmək həmişə ağır nəticələr doğurur.

Sammit əleyhinə aksiya keçirənlərin hərbi əsir mövzusu ölkəmizdən çox, Paşinyanın razılıq verdiyi şərtlərə və normallaşma prosesinə zərbə vurur. Ona görə də sülh dinamikasına qarşı çıxanların coğrafiyası, siyasi və ideoloji fərqlilikləri dərindən təhlil edilməlidir.

Regionda diplomatik proseslərin inkişafı bir neçə mərhələdən keçib və ötən onilliklərin hər biri fərqli geosiyasi aktorların rolu ilə yadda qalıb.

Yaxşı xatırlayırıq ki, ikinci sammit dövründə İlham Əliyev və Fransa lideri Emmanuel Makron arasında müzakirə olunan və müəyyən çərçivədə razılaşdırıldığı bildirilən dördtərəfli format sonradan davamlı olmadı. Anlaşmaların pozulması regionda etimada və balanslı mühitə mənfi təsir göstərdi.

Sonrakı mərhələdə Fransanın Azərbaycana münasibətdə sərgilədiyi siyasət Bakı tərəfindən qərəzli və ziyanlı kimi qiymətləndirildi. Vasitəçilik təşəbbüslərində Fransanın rolu zəiflədi və yeni yanaşmaların ortaya çıxmasına səbəb oldu.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel-in moderatorluğu ilə aparılan danışıqlar daha sonra ön plana çıxdı. Brüssel platforması bir müddət tərəflər arasında dialoqun əsas istiqamətlərindən birinə çevrildi və daha neytral vasitəçilik cəhdi kimi qəbul olundu. Eyni zamanda qlobal geosiyasi dinamika da prosesə təsirsiz ötüşmədi.

Lakin 8 avqust zirvəsi faktiki olaraq ölkəmizin hərbi meydanda qələbəsinin rəsmiləşməsi idi. Ona görə də İrəvan sammiti qələbəmizin legitimliyinin qəbul edilməsi və sülhün qarşısıalınmaz olduğunun sübutudur.

Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması təkcə ikitərəfli məsələ deyil, eyni zamanda böyük güclərin maraqlarının toqquşduğu və uzlaşdığı mürəkkəb geosiyasi müstəvidə formalaşır.

Qafqaz öz tarixi ərzində heç vaxt indiki qədər Bakıdan asılı olmayıb. Onu formalaşdıran liderin İrəvanda səslənən nitqi təkcə gələcəyin leytmotivi və kursu deyil, həm də əcdadlarımızın sevinən ruhu deməkdir.


Oxunub: 496
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.